“Coolpad” şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk “ağıllı” uşaq saatını…
“Coolpad” şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk “ağıllı” uşaq saatını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yanvarın 28-dən etibarən satışa çıxarılacaq “Dyno Smartwatch” adlı yeni qurğunun qiyməti 150 dollar təşkil edir.
Məlumata görə, “Snapdragon Wear 2100” birkristallı sistemə əsaslanan saat 605 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 2,5 gün avtonom iş deməkdir. Bundan başqa, korpus “IP65” standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bundan başqa, saatın kəmərini dəyişmək mümkündür.
Saatın imkanlarına gəldikdə, onlar bu növ qurğular üçün tipikdir. Valideynlər xüsusi mobil proqram vasitəsilə uşağın olduğu yeri müəyyənləşdirə, etibarlı zonalar qura, saata zəng və s. edə bilərlər. Uşaqlar isə əvvəlcədən hazırlanmış mətnlər və ya səsli məlumatlar şəklində bildirişlər göndərmək, eləcə də valideynlər tərəfindən saxlanılan nömrələrə zəng etmək imkanından yararlanacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət