Dərc edildi: Baxış sayı: 487
43 məktəb istifadəyə veriləcək - Nazirlik
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.
2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yeri olan 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət