Dərc edildi: Baxış sayı: 317
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
“Bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.
Direktor qeyd edib ki, monitorinqlər mütəmadi davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət