Slimfit
  1. TEXNOLOGİYA

3D çap olunan sintetik sümük implantı

3D çap olunan sintetik sümük implantı
Sakura

3D çap olunan sintetik sümük implantı

Ortopedik cərrahiyə mürəkkəbdir. Bu səbəbdən də Northwestern Universitetinin tədqiqatçıları, transplantasiyaya hazır pasientə tam uyğun 3D çap olunmuş sümüklər hazırlamaq üçün yeni materiallar inkişaf etdirir.

Ortopedik cərrah Nirav Şah çiyin və diz üzrə mütəxəssisdir. O, üç ay öncə Lüsinin çiynini dəyişdirib. Ona titan çiyin yerləşdiriləndən sonra, Lüsi özünü yaxşı hiss edir. Amma indi həkimlər pasientlərə onların bədənlərinə uyğunlaşdırılmış 3D Çap olunmuş sümüklər yerləşdirə biləcəklər.

“Ramil və Adam çox unikal və innovativ bir şey yaradıblar. Əslində, onlar sintetik sümük yaradıb”, deyə Dr. Nirav Şah bildirir.

Ramil Şah Dr. Şahın həyat yoldaşı və Northwestern Universitetinin materiya alimidir. Milli Elm Fondunun dəstəyi ilə o və Adam Yakus “hiper elastik sümük” adlı yeni 3D çap edilmiş sintetik material inkişaf etdirib.

“3D çap bizə pasientə uyğunlaşdırılmış xüsusi implantlar hazırlamağa imkan verir. Belə ki, kəllə və üz defekti olan pasient gələndə, biz onun defektini skan edib, düzgün forma və ölçüdə çap edə bilərik”, Ramil Şah söyləyir.

Pasientin öz bədənin bir hissəsi, metal və ya ənənəvi keramikadan hazırlanan sümük implantlarından fərqli olaraq, yeni sintetik sümük elastik keramikadan hazırlanıb. Bu isə o deməkdir ki, o əzilsə də, köhnə formasına qayıda bilir.

Bu sümük maye boyadan hazırlanır və həkimlərə lazım olan formada çap olunur. Proses sürətlidir və otaq temperaturuda baş verir.

Onlar həmçinin vərəq çap edir.

“Cərrahlar bu düz vərəqləri istədikləri ölçüdə kəsib işlədə bilərlər. Onlar, bürünə, bükülə və tikilə bilir”, Ramil Şah deyir.

Bədənə yerləşdiriləndən sonra hiper-elastik sümük toxumanın inkişafını təmin edir və bərpa olunduqda pasientin öz sümüyünün bir hissəsinə çevrilir.

“Bədənə yerləşdiriləndən sonra hiper-elastik sümük yeni sümüyə, pasientin bir hissəsinə çevrilir”- deyə, Dimension INX-dan Adam Jakus bildirir.

Yeni sintetik sümük indiyə kimi mövcud olan bütün alternativlərdən daha ucuzdur və onunla əməliyyat etmək daha rahatdır. Dr. Şah deyir ki, cərrahlar artıq bu yeni üsulu tətbiq etməyə hazırdırlar.

 

Mənbə: Amerikanın Səsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR