Slimfit
  1. CƏMİYYƏT

31 mart soyqırımından 105 il keçir

31 mart soyqırımından 105 il keçir
Sakura

31 mart soyqırımından 105 il keçir

Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı – 31 mart soyqırımından 105 il keçir.

Bolşeviklərin xeyir-duası və dəstəyi ilə həyata keçirilən terrorlarda on minlərlə azərbaycanlı qətlə yetirilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. 3 aprel tarixinə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə öldürülüb.

Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.

Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1925-ci ildə Bakı hadisələri barədə yazıb:

“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR