Slimfit
  1. AZƏRBAYCAN

30 il əvvəl Laçında da belə idi...

30 il əvvəl Laçında da belə idi...
Sakura

30 il əvvəl Laçında da belə idi...

Bəzən bir dağın, uca bir ağacın əzəmətini, gözəlliyini görmək üçün ona uzaqdan-kənardan baxmaq lazımdır.
 
Dövlət də, xalq da elədir. 
 
Millətini, xalqını, dövlətini qəriblikdə olanlar daha aydın görür, məncə daha çox da sevir. 
 
Uzun illərdir Azərbaycandan uzaqdayam.
 
Amma necə görünür, soruşmayın...
 
Ancaq necə gördüyümü deyəcəm - Azərbaycan vətəndir, möhtəşəmdir!
 
Hərdən boş vaxtlarım olanda heç kimin olmadığı otağa çəkilib özümü vətəndəki kimi hiss etməyə çalışır, təsəvvürümdə bir Azərbaycan oyadıram...
 
Hər gün Azərbaycan mediasını izləyirəm.
 
Ən çox sevdiyim iş isə ilin bu aylarında hava proqnozlarına baxmaqdır.
 
Niyə yalan deyim, məni ən çox vətənə bağlayan, daha doğrusu vətəni, xatirələrimi bütün çalarları ilə birgə xəyalımda canlandıran hava proqnozlarıdır.
 
Məxsusi seçib baxdığım rayonlar da var.
 
Lerik, Xızı...
 
Dağlıq rayonlardı, çayları, bulaqları var.
 
Yağış da yağar, qar da.
 
Burada evlərdəki sobaları səhərlər qadınlar qalayarlar.
 
Kişilər tövləyə heyvanlara ot verməyə gedər.
 
Həyətdəki itlər üzlərini kişilərin ayaqlarındakı rezin çəkmələrə sürtərək buludların arxasından tənbəl-tənbəl boylanan günəşin şirinliyini çıxararlar.
 
Qadınlar sobanı qalayıb həyətə toyuq-cücəyə dən səpməyə qaçarlar.
 
Sonra da axşamdan yuduqları dəmir vedrəni səhərin sazağında yenidən yuyub, salavatlayıb inəkləri sağmağa gedərlər.
 
O sabahın sazağında dəmir vedrələrə sağılan süddən buğ qalxar...
 
Kişilər zoğal ağacından düzəldikləri əl ağacına söykənib acqarına bir siqaret yandırar, dağların başındakı qara baxa-baxa çəkərlər...
 
Buzovlar qarın üstündə tullana-tullana o yan-bu yana qaçar.
 
Toyuqlar qarın üstündəki dənləri yeyər...
 
Sonra hamı yerinə qayıdar - Kişiylə arvad evə, toyuqlar hinə, inəklər tövləyə, it daxmasına...
 
Kişi arvada "gədəni durğuz", arvad kişiyə "sən alllah, qoy, bir az da yatsın" deyər...
  
Hər dəfə vətənə qar yağanda sevinirəm.
 
Hər dəfə qar yağanda Laçın yadıma düşür.
 
30 il əvvəl Laçında da belə idi. 

Kişilər əl ağacına söykənib kibritlə siqaret yandırar, qarlı dağlara baxa-baxa çəkərdilər. 
 
Arvadlar buynuzuna dua bağladıqları inəklərdən dəmir vedrələrə süd sağardılar. 
 
Buzovlar oynaşar, toyuqlar dən yeyər, itlər qarın üstünə uzanıb özlərini günə verər, uşaqlar isti yorğanda yatardılar. 
 
30 il əvvəl Laçın belə idi.
 
Kişilərin bir atı, bir arvadı, bir papağı vardı.

 

Mənbə: Qlobal.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR