280-dən çox şagirdin yerdəyişməsindən imtina edildi
Nazirliyin məlumatına əsasən, avqustun 15-dən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 234 müraciət daxil olub. Onlardan 13 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı və regionlarda Alternativ Qeydiyyat mərkəzləri də fəaliyyət göstərir.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədi daşıyır.
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət