Dərc edildi: Baxış sayı: 688
24 ildən sonra futbola qayıtdı, rekordu yenilədi
Futbol üzrə Monqolustan çempionatının 15-ci turunun "Sumido Gepro" - "Ulan-Bator" oyununda maraqlı hadisə baş verib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, matçın 86-cı dəqiqəsində ev sahibi komandanın 54 yaşlı futbolçusu Xandsuren Oyunbileq meydana çıxıb.
Maraqlıdır ki, 1996-cı ildə peşəkar karyerasını başa vurmuş veteran oyunçu 24 ildən sonra yenidən futbola qayıdıb. O, komandasını məğlubiyyətdən (2:3) xilas edə bilməsə də, Yaponiyanın "Yokohama" klubunun 53 yaşlı futbolçusu Kadzuyosi Miuranın rekordunu yeniləyib.
Qeyd edək ki, "Sumido Gepro" klubu çempionatda keçirdiyi 15 oyunun hamısını uduzub. 7 qol vurub 82 top buraxan komanda sonuncu pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət