Slimfit
  1. ELM

2050-ci ilə qədər dünyada görmə məhdudiyyətli insanların sayı 3 dəfə çoxalacaq

2050-ci ilə qədər dünyada görmə məhdudiyyətli insanların sayı 3 dəfə çoxalacaq
Sakura

2050-ci ilə qədər dünyada görmə məhdudiyyətli insanların sayı 3 dəfə çoxalacaq

Hazırda dünyadagörmə qabiliyyətini itirən insanların sayının 36 milyon olduğu, lakin 2050-ci ilə qədər bu rəqəmin 116 milyona çatacağı ehtimal olunur.

Lancet jurnalında dərc olunan tədqiqatın müəllifləri bu qənaətə gəliblər.

Görmə qabiliyyətinin itməsi əsasən yaşlı insanlarda baş verir. Görmə qabiliyyətini itirən insanların ən çoxu Cənubi Asiya və subekvatorial Afrikada yayılıb.

Hazırda görmə problemləri olan insanların sayı azalmağa başlayıb.

Lakin alimlərin fikrincə, buna baxmayaraq dünya əhalisinin sayı artdığına və əhali yaşlandığına görə, görmə qabiliyyətini itirən insanların sayı davamlı olaraq artacaq.

188 ölkədə aparılan təhlillər onu göstərib ki, hazırda dünyada 200 milyon insan görmə qabiliyyətinin pisləşməsi ilə əlaqəli problemlərdən əziyyət çəkir.

2050-ci ilə qədər bu rəqəmin 550 milyona yüksələcəyi ehtimal olunur.

"Hətta görmə ilə bağlı əhəmiyyətsiz görünən problemlər insanın həyatına mühüm təsir göstərə bilər ", - deyə tədqiqatın müəlliflərindən biri Rupert Bourne bildirib.

"Bu onların müstəqilliyinin məhdudlaşdırılmasıdır. Məsələn, onlar avtomobil idarə bilmirlər."

Tədqiqat müəllifləri hökuməti göz xəstəliklərinin, məsələn, kataraktanın müalicəsinə və qarşısını almağa daha çox vəsait yatırmağa çağırıb.

Korluq geniş miqyasda

  • Cənubi Asiya - 11,7 milyon insan
  • Şərqi Asiya - 6,2 milyon insan
  • Cənub-Şərqi Asiya - 3,5 milyon insan
  • Subekvatorial Afrika -əhalinin 4 faizindən çoxu
  • Qərbi Avropa ölkələri - əhalinin 0,5 faizi

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR