2021-ci ilədək Lissabon küçələrində evsiz adamlar qalmayacaq
Portuqaliya paytaxtının hakimiyyət orqanları Lissabon küçələrində yaşayan evsiz insanların hamısını yaşayış yeri ilə təmin etməyi qarşıya məqsəd qoyublar. Məmurların hesablamalarına görə, hazırda belə adamların sayı 361 nəfərdir.
2018-ci ilin sonunda Lissabonda cəmi 2473 nəfər evsiz adam olub. Onların 1967-si müvəqqəti bələdiyyə mənzillərində, 361-i isə küçələrdə yaşayırdı.
Evsizlərin məskunlaşdırılmasına dair bələdiyyə planı artıq təsdiq edilib. Yaxın vaxtlarda bu plan açıq müzakirə olunacaq. Məlumata görə, təqribən 30 proqramı əhatə edən bu layihənin həyata keçirilməsi dövlət büdcəsinə 4,3 milyon avroya başa gələcək. Ölkənin hakimiyyət orqanları tərəfindən iki il ərzində reallaşdırılması nəzərdə tutulan bu proqramlar evsizlərin əsas ehtiyaclarının ödənilməsinə, habelə onların sosiallaşması, evsizlərə sosial və psixoloji yardım tədbirlərinə yönəldiləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət