Slimfit
  1. AZƏRBAYCAN

2020-ni belə başlamaqdan çox məmnunam - Prezident

2020-ni belə başlamaqdan çox məmnunam - Prezident
Sakura

2020-ni belə başlamaqdan çox məmnunam - Prezident

Bu gün Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik. Bu ili – 2020-ci ili belə bir mühüm hadisə ilə başlamaqdan çox məmnunam. Bunun yaxşı gələcəyi olacaq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cameel əl-Ramahini qəbul edərkən deyib.

"Səudiyyə Ərəbistanından olan turist qonaqları qeyd etdiniz. Zənnimcə, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayı da buna bərabərdir. Sizin ölkələrinizə səyahət edən azərbaycanlıların da sayı artır. Bu, sadəcə, turistlərə təklif etdiklərimizlə bağlı deyil. Bunun səbəbi insanların burada özünü rahat hiss etməsidir. Azərbaycanlılar sizin ölkələrinizə, sizin vətəndaşlarınız da Azərbaycana səyahət edərkən özlərini öz evlərindəki kimi hiss edirlər. Bu İcra Müqaviləsinin imzalanması mərasimi də ölkələrimiz arasındakı əlaqələri gücləndirəcək", - Prezident qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR