Slimfit
  1. AVTO VƏ MOTO

2020-ci ilin ən etibarsız avtomobilləri – TOP 10

2020-ci ilin ən etibarsız avtomobilləri – TOP 10
Sakura

2020-ci ilin ən etibarsız avtomobilləri – TOP 10

“JD Power” portalının mütəxəssisləri tərəfindən 2020-ci ilin 10 ən etibarsız avtomobil markasının reytinqi hazırlanıb. Onlar siyahının tərtib edilməsi üçün 2017-ci ildə avtomobil almış 36 555 şəxs arasında sorğu keçiriblər. Sorğunun nəticələrinə görə, onlar üç il istifadə edildikdən sonra avtomobillərin etibarlılığını qiymətləndiriblər.

Reytinqin tərtibatçıları qeyd edirlər ki, ümumiyyətlə, son illərdə göstərilən problemlərin sayı azalıb, lakin bir sıra brendlər hələ də liderlərdən geri qalır.

Beləliklə, “JD Power” tərəfindən tərtib edilmiş 2020-ci ilin 10 ən etibarsız avtomobil markasının reytinqi təqdim edirik:

10. “Subaru”

Bu yapon markası etibarsız avtomobillərin reytinqinin onuncu pilləsində qərarlaşıb. Sorğulara əsasən, 100 avtomobildə göstərilən problemlərin sayı 154-ə çatır.

9. “Infiniti”

Doqquzuncu yeri daha bir yapon brendi tutur. 100 avtomobildə göstərilən problemlərin sayı 155-ə çatır.

8. “Dodge”

Amerika brendi “Dodge” səkkizinci pillədə yerləşir. Sorğulara əsasən, 100 avtomobildə göstərilən problemlərin sayı 158-ə çatır

7. “Jeep”

Yeddici yerdə daha bir Amerika brendi olan “Jeep” yerləşir. 100 avtomobildə göstərilən problemlərin sayı 159-a çatır.

6. “Fiat”

İtaliyanın “Fiat” brendi siyahıda altıncı yeri tutur. 100 avtomobildə göstərilən problemlərin sayı 160-a çatır.

5. GMC

Bu brend altında yük maşınları, furqonlar, pikaplar satılır. Hesab olunur ki, bu cür avtomobillər etibarlı olmalıdır. Lakin GMC brendinin 100 avtomobilində göstərilən problemlərin sayı 162-yə çatır.

4. “Volvo”

Bir çoxları “Volvo” brendini yüksək keyfiyyət və etibarlılığın sinonimi hesab edirlər. Ancaq bu, heç də belə deyil. Belə ki, 100 avtomobildə göstərilən problemlərin sayı 185-ə çatır.

3. “Jaguar”

“Jaguar” 2020-ci ilin ən etibarsız avtomobillərinin top 3-lüyünə daxildir. 100 “Jaguar” avtomobilində göstərilən problemlərin sayı 186-ya çatır.

2. “Chrysler”

Amerikanın “Chrysler”i 2020-ci ilin etibarsız brendləri arasında ikinci pillədə qərarlaşıb. 100 avtomobildə göstərilən problemlərin sayı 214-ə çatır.

1. “Land Rover”

“JD Power”in reytinqinə əsasən, ən etibarsız avtomobil markası “Land Rover”dir. Belə ki, 100 avtomobildə göstərilən problemlərin sayı 220-ə çatır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR