Slimfit
  1. MƏDƏNİYYƏT

2019-cu ilin yeni saç trendləri bu rənglər olacaq

2019-cu ilin yeni saç trendləri bu rənglər olacaq
Sakura

2019-cu ilin yeni saç trendləri bu rənglər olacaq

Podiumlar və məşhur simalar gələn ilin trendlərini təyin ediblər, bizə də yaraşanı seçib sınamaq qalır.

Beləliklə:
Hörüklər-xüsusilə uzun hörüklər bu il dəbdə olacaq. İstər tək, istər iki yana ayrılmış, istərsə də aksesuarlarla bəzənmiş hörüklər stilinizdən asılı olaraq, həm sport, həm də klassik obrazınızı tamamlaya bilər.

Kare-2 ildən çoxdur aktuallığını itirməyən kare saçlar yenə də dəbdədir. Çənə xəttinə paralel kəsilmiş qısa kareni dağınıq və dəniz dalğaları ilə stilizə etməniz sizi daha da dəbli göstərəcək.

Yaş effektli saçlar-hər il müxtəlif markaların nümayişlərində gördüyümüz bu trendi artıq gündəlik həyatımızda tətbiq edə bilərik. Xüsusilə həcmsiz, tarım daranmış jeleli saçlarla trendlərə ayaq uydurmaq asan olacaq.

Bu il rəng trendləri al-əlvan olmağı məsləhət görür. Qətran kimi qara saçlarla yanaşı, platin və parlaq narıncı artıq sevilən trendlər arasındadır. Ən nəzərə çarpan trend isə şübhəsiz ki, ilin rəngi canlı mərcanın saç trendləri arasına girməsi oldu.

Saçlardan danışmışkən, aksesuarları da unutmayaq. Saç formasından asılı olmayaraq, istədiyiniz qədər broş və sancaq istifadə etməkdə azadsınız. Lentləri isə, daha ehtiyatla istifadə edin, əks halda artıq detal kimi görünüşünüzə xələl gətirə bilər.
2019-cu ilin yeni saç trendləri bu rənglər olacaq+FOTOLAR

2019-cu ilin yeni saç trendləri bu rənglər olacaq+FOTOLAR2019-cu ilin yeni saç trendləri bu rənglər olacaq+FOTOLAR

 

Mənbə: Xanım.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR