Slimfit
  1. DÜNYA

2019-cu ilin ən gəlirli filmləri məlum olub

2019-cu ilin ən gəlirli filmləri məlum olub
Sakura

2019-cu ilin ən gəlirli filmləri məlum olub

2019-cu ildə ən çox gəlir əldə edən filmlər bəlli olub. Siyahıya “Qisasçılar: Final” filmi başçılıq edir.

APA xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.

Məlumata görə, ötən il franşizanın dördüncü hissəsi kinematoqrafçılara 890 milyon dollar qazandırıb. Mütəxəssislər öz hesablamalarında reklam xərclərini və xalis mənfəətə təsir göstərən digər göstəriciləri də nəzərə alıblar. Ekran əsərinin büdcəsi 356 milyon dollar təşkil edib.

İkinci yeri 559 milyon dollar gəlir əldə edən “Soyuq ürək – 2” cizgi filmi, üçüncü yeri isə 580 milyon dollar qazanan “Kral Şir” tutub.

Top-10-luqda, həmçinin “Coker”, “Kapitan Marvel”, “Oyuncaqların əhvalatı – 4”, “Ələddin”, “Hörümçək adam: Evdən uzaqda”, “Ulduz müharibələri: Skayuoker. Günəşin doğuşu” və “Cumanci: Yeni səviyyə” filmlərinin də adı keçir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR