2019-cu ilin büdcəsinin sosial tərəfləri müzakirə olunur
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərinin, Hesablama Palatasının və digər qurumların nümayəndələri, deputatlar iştirak edir.
Qeyd edək ki, qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri ilkin olaraq 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiqlənmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət