Slimfit
  1. TEXNOLOGİYA

2019-cu ilin 7 texnoloji yeniliyi açıqlanıb

2019-cu ilin 7 texnoloji yeniliyi açıqlanıb
Sakura

“Telenor” telekommunikasiya şirkəti 2019-cu ilin 7 texnoloji yeniliyini açıqlayıb

“Telenor” telekommunikasiya şirkəti 2019-cu ilin 7 texnoloji yeniliyini açıqlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ilk növbədə saxta materialların sayının artacağı gözlənilir. Şirkət nümayəndələrinin fikrincə, onlar yeni səviyyəyə çıxacaq. 2018-ci ildə internetə “fake news” hücum etdiyi təqdirdə 2019-cu ildə “deep fake” əmələ gələcək. Proqnozlara görə, internetdə təkcə saxta xəbərlərə deyil, eyni zamanda videolara rast gəlinəcək. Kontent süni intellekt vasitəsilə saxtalaşdırılacaq – saxta materialların əsas təyinatı siyasi fırıldaqlardır.

Məlumata görə, ikinci texnoloji dəyişiklik neyroşəbəkələrin uyğunlaşdırılacağı etik çərçivələrin sərtləşdirilməsidir. Etik çərçivələrə əməl edilməsi diqqətlə yoxlanılacaq. Süni intellekt yaradıcılarının asanlıqla aşkar olunacağı bildirilir.

Üçüncü texnoloji yeniliyin beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) olacağı gözlənilir. Ekspertlərin sözlərinə görə, texnologiyanın test versiyalarından bütün dünyada yararlanmaq mümkün olacaq. Xatırladaq ki, artıq Cənubi Koreyada “5G” şəbəkəsinin sınaqları keçirilib. “Samsung Galaxy S10” smartfonunun prototipi də orada yaradılıb.

Həmçinin “Telenor” mütəxəssisləri hesab edir ki, növbəti ildə “Əşyalar interneti” və ünsiyyət üçün robotlar (çat botlar) aktiv inkişaf edəcək. Bununla yanaşı, insanların qurğulardan imtina etməyə başlayacağı proqnozlaşdırılır. Bu, sosial şəbəkə və mobil əlavələrdə vaxta nəzarət funksiyasının yaranması ilə əlaqədar olacaq.

Sonuncu texnoloji yeniliyin ətraf mühiti çirkləndirməyəcək “yaşıl” texnologiyalar olacağı bildirilir. Onların ən məşhuru isə elektromobillər hesab edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR