Slimfit
  1. İQTİSADİYYAT

2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib

2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib
Sakura

2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib

2019-cu ərzində ölkə üzrə 291 min metr, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 151 min metrə yaxın qazma işləri həyata keçirilib.

Report” SOCAR-ın ötən il üzrə hesabatına əsasən xəbər verir ki, daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə SOCAR qazma işlərini 9 min metr və ya 5,6% az həyata keçirib.

2019-cu ildə SOCAR və “Total” şirkətlərinin birgə layihəsi çərçivəsində “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə 7 411 metr dərinliyinə Azərbaycanın qazma uzunluğuna görə ən dərin quyusu qazılıb.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi gələcəkdə qaz hasilatının artırılması üçün ən mühüm layihələrdən biridir. Yataqda hasilatın 2021-ci ildə başlanılması, çıxarılacaq qaz həcmlərinin ilk növbədə daxili bazarın tələbatına yönləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2018-ci ildə SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR