Slimfit
  1. CƏMİYYƏT

2000 metr yüksəklikdəki qalaya səyahət

2000 metr yüksəklikdəki qalaya səyahət
Sakura

2000 metr yüksəklikdəki qalaya səyahət

Gədəbəydəki IX əsrə aid Qız qalası abidəsinin turizm əhəmiyyəti nəzərə alınaraq, qayalıq zirvədə yerləşən qalaya doğru avtomobil yolu çəkilib.

Baku Tv xəbər verir ki, Gədəbəy rayon İcra Hakimiyyəti abidə ilə tanışlıq məqsədilə mediatur təşkil edib.

Əvvəllər ətrafı qayalıq, sıx meşə örtüyü olan bu qalaya yalnız piyada qalxmaq mümkün idi. Hazırda isə rayon mərkəzindən qalaya təxminən 16-17 km uzunluğunda yol cəkilib. Yolun çəkilməsində əsas məqsəd qalaya gedən turistlərin rahat gediş-gəlişini təmin etməkdir. Qız qalasına çəkilən bu yol eyni zamanda IV əsrə aid ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi olan Mahrasa məbədinə də gediş-gəlişi asanlaşdırmış olur.

Bu tarixi abidə atəşpərəstlik dövrünün memarlıq nümunəsi hesab olunur. Çünki məbəddəki daşüstü təsvirlərdə atışpərəstliyi əks etdirən bir sıra izlər mövcuddur. Məhz bu baxımdan abidənin xristianlıq dövründən əvvəl inşa olunduğunu söyləmək mümkündür. Mahrasa kompleksini yerli əhali həm də Vəng adlandırır. Mediatur iştirakçıları daha sonra Qız qalası abidəsində olublar.

Qalaya çay tərəfdən, qayalıqlar arasındakı cığırla giriş mövcuddur. Qırmızı rəngli kərpiclər düzbucaqlı formadadır. Qala divarlarının hündürlüyü 15 metrdən çoxdur. Qız qalası kompleks tikili halındadır. Burada başqa tikililər də mövcuddur. Qala beş yarımdairəvi sütundan ibarətdir. Sütunlar hündürlüklərinə və diametrlərinə görə bir-birindən fərqlənirlər.

Gələcəkdə qalaya çıxan cığır yolda ziq-zaq formalı pilləkənlərin inşa olunması nəzərdə tutulur.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR