Slimfit
  1. CƏMİYYƏT

"20 Yanvar"ın keçidindəki mağazalar bağlanıb, cavabdeh qurum tapılmır

"20 Yanvar"ın keçidindəki mağazalar bağlanıb, cavabdeh qurum tapılmır
Sakura

"20 Yanvar"ın keçidindəki mağazalar bağlanıb, cavabdeh qurum tapılmır

Bu gündən paytaxtın alış-veriş cəhətdən işlək olan ərazisində - "20 Yanvar" metrostansiyasının keçidində fəaliyyət göstərən mağazalar bağlanıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, hazırda keçiddə heç bir mağaza fəaliyyət göstərmir.

Məsələ ilə bağlı ərazidə olan mağaza sahibləri danışmaq istəmədilər. Onlar yalnız mağazaların bağlanılması barədə məlumat aldıqlarını deyiblər.

Rəsmi strukturlar "Report"un müvafiq sorğusuna cavablarında bu məsələyə aidiyyəti olmadıqlarını deyiblər.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu sahənin onlara aidiyyəti yoxdur:

"Səhər stansiya rəisinə məlumat verilib ki, mağazalar açıq deyil. Amma heç kim bunun səbəbini bilmir".

Bakı Şəhər İcra Hakimiyyəti və tabeliyində fəaliyyət göstərən Ticarət və Xidmət Departamenti də bunun onlara aidiyyəti olmadığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR