Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

20 Yanvar şəhidləri Azərbaycan tarixinə parlaq səhifə yazıb, müstəqilliyə yol açıblar

20 Yanvar şəhidləri Azərbaycan tarixinə parlaq səhifə yazıb, müstəqilliyə yol açıblar
Sakura

20 Yanvar şəhidləri Azərbaycan tarixinə parlaq səhifə yazıb, müstəqilliyə yol açıblar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunda (AKİ) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anma tədbiri keçirilib.

AKİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun direktoru, akademik Vaqif Fərzəliyev 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bundan sonra da bəşər tarixində qara səhifə olaraq qalacaq. Direktorun sözlərinə görə, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Akademik qeyd edib ki, o müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

V.Fərzəliyev bildirib ki, həmin hadisələr həm də müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olub. Məhz o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacarıb.

“20 Yanvar Azərbaycan qəhrəmanlığının salnaməsi kimi” mövzusunda məruzə edən AKİ həmkarlar təşkilatının sədri, dosent Elxan İsakov 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib: “Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının ictimai şüurunda da ciddi dəyişiklik baş verdi, xalqımız milli azadlıq hərəkatına başladı və şəhidlərin vətən üçün tökdükləri qan hədər getmədi”.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb. Ulu Öndərin siyasi iradəsi ilə Milli Məclisdə qəbul olunan sənəddə 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

E.İsakov qeyd edib ki, bu gün Şəhidlər xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib. O deyib: - “Bu il 20 Yanvar faciəsinin 28-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir. Deməli, nəsillər dəyişsə də, Vətən oğullarının xatirəsi bundan sonra da ürəyimizdə əbədi yaşayacaq”.

İnstitutun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, Qara Yanvar faciəsinin ağrısını yaxından yaşamış professor İdris Əhmədov 20 Yanvar qırğınından sonra özünün də birbaşa iştirakçısı olduğu, Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli cinayəti xatırlayıb.

Daha sonra institutun əməkdaşları, professor Həqiqət Cavadova, dosent Nüsrət Əliyev və başqaları Qanlı 20 Yanvar faciəsi ilə bağlı xatirələrini danışıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR