Slimfit
  1. TARİX

1956-1957 ci ildə yazılmış “Zəngəzur” romanı

1956-1957 ci ildə yazılmış “Zəngəzur” romanı
Sakura

“Zəngəzur” romanını

Əyyub Abasov Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistanın Sisiyan rayonu) dünyaya göz açmışdır. Ədib bu qanlı qırğınların, soyqırım və deportasiyanın canlı şahidi olub, valideynlərini, qardaşlarını, doğmaları və əzizlərini itirib, uşaq yaşında az sayda sağ qalan həmyerliləri ilə ağır əzablar içində qarlı-çovğunlu dağ cığırları ilə Naxçıvana pənah gətirib. 30 il sonra uzun axtarışlardan sonra itkin düşmüş bacısı Həmidəni Qubadlı rayonunun Saray kəndində tapıb.

Əyyub Abasovun "Zəngəzur" romanı iki hissədən ibarətdir. Romanda daşnak dəstələrinin Zəngəzurda törətdiyi qırğınlardan bəhs olunur. Hadisələr son dərəcə geniş və ətraflı təsvir olunur. Baş verən qırğınlarıntəkcə bədii təsviri verilmir, həm də erməni şovinizminin “haradan qaynaqlandığı” gah açıq, gah üstüörtülü dillə ifadə olunur. Yazıçı fakt və dəlillərlə, eləcə də şahidi olduğu hadisələrin köməyi ilə ermənilərin məkrli siyasətini ifşa edir.

Əyyub Abasovun xalqımız qarşısında ən böyük xidməti vicdan və cəsarətin, böyük ədəbi istedadın layiqli bəhrəsi olan 2 cilddə yazılmış 980 səhifəlik "Zəngəzur" tarixi romanıdır. Roman Sovet-KQB rejiminin tüğyan etdiyi, ermənilərin bütün dünyada cəlladbaşı Andronikin 100 illiyini təmtəraqla qeyd etməyə hazırlaşdığı illərdə yazılıb, nəşr edilib.Əyyub Abbasovun “Zəngəzur” romanının I cildi 1956-ci ildə, II cildi 1957-ci ildə çap olunub. Elə həmin ilin dekabrında ədib vəfat edib   Yazıçının belə qəfil dünyasını dəyişməsində də  nəsə bir müəmma olması güman ediləndir.

Bu haqda Hacı Nərimanoğlunun “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabınıda oxumaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR