Slimfit
  1. MARAQLI

19-Cu əsrdə karyera: o zaman və indi

19-Cu əsrdə karyera: o zaman və indi
Sakura

150 il əvvəl karyerada necə irəli gedirdilər

Bəşəriyyətin keçmişinə biz çox vaxt yumşaq yanaşırıq. Suşi onlar yeməyiblər, qaranlıq olanda sosial şəbəkədə lenti yoxlamaq əvəzinə yatırdılar.

Bəli, əcdadlarımız çox şeyi bilmirdilər, onların məişət şəraiti daha çətin olub. Amma bir çox sahələrdə bizdən daha çoxunu bacarırdılar. Səbəb isə sadədir - aşağı rəqabətlilik.

Məsələn: o vaxtlar şou-biznes ulduzu olmaq və ya özünün yumor şounuzu yaratmaq üçün illərlə səhnədə çıxış etmək, ictimai çıxışlarda təcrübə toplamaq lazım deyildi. Qeyri-standart ölçülərə malik olmaq kifayət idi (cırtdan, çox uzun boylu və ya kök olmaq). Orta statistik özəlliklərə malik insana isə səhnədə gülüş yaratmağı öyrənmək bəs idi. Elə bu qədər  və sən ulduzsan və sənin barəndə qəzetlər yazır!

Bəs xidmət üzrə irəliləyişlə bağlı vəziyyət necə idi? Baxın, indi bizə nə qədər şey lazımdır! Təcrübə toplamaq, daim öyrənmək, insanlarla ünsiyyətdə olmağı bacarmaq lazımdır. İllərlə heyəti idarə etməyi öyrənmək, liderlik, empatiya, emosional intellektə yiyələnmək lazımdır. Faydalı əlaqələr yaratmaq. Hələ bunlardan sonra da çətinliklə karyera pilləsində yavaşca irəliləmək olar. Yol çətindir, çünki istəyənlər həddindən artıq çoxdur.

Bəs əvvəllər necə idi? Gəlin baxaq: məşhur bəstəkar Pyotr Fedoroviç Çaykovskiy - məşhur bəstəkarın babası hansı yolu keçib. Axı o başdöndürən karyera qazanıb. O Çayka familiyası ilə adi kəndli idi, sonra isə Vyatsk quberniyasının zadəganı və bələdiyyə başçısı oldu və öz familiyasını Çaykovski-ə “yüksəltmək” hüququ əldə etdi.

O, karyerasına belə nail oldu. O orduya həkim köməkçisi kimi qatılmaq istədi. Rus-türk müharibəsi zamanı insanları sağaltmağa kömək etdi.

Bir neçə il sonra təcrübə toplayaraq həkim oldu. Sonra isə belə xarakteristika əldə etdi: “İmperator Vladimirin fərmanı ilə piyada alayı həmin alaydakı həkim Pyotr Çaykovskiyə verildi, çünki o, yaxşı vəziyyətdədir və xəstələrin sağalması üçün çox çalışır, xidmətdən yayınmayıb, ondan şikayət edilməyib və özünü çox layiqli aparıb - xəstələrə qarşı çalışqan və diqqətlidir”.

Elə bu qədər! Bundan sonra Çaykovskinin babası zadəgan statusu və məvacibə əlavə əldə etdi. Sadəcə boş yerə xəstəlik izni almamaq, içməmək və sadəcə öz işini görmək kifayət idi. Bununla da siz baş menecer pilləsinə qədər irəliyə gedə bilərdiniz!

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR