Slimfit
  1. CƏMİYYƏT

17 iyun “ağxalatlılar” günüdür: Azərbaycanda yeddi ildir müşahidə olunmayan xəstəlik...

17 iyun “ağxalatlılar” günüdür: Azərbaycanda yeddi ildir müşahidə olunmayan xəstəlik...
Sakura

17 iyun “ağxalatlılar” günüdür: Azərbaycanda yeddi ildir müşahidə olunmayan xəstəlik...

İyunun 17-də Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı kimi qeyd olunur.

Ens.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov bu gün münasibətilə Oxu.Az-ın suallarını cavablandırıb.

Deputat xatırladıb ki, Azərbaycanın xilaskarı və xalqımızım ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bu sərəncam Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq imzalanmışdı.

İ.Məmmədov hesab edir ki, şərəfli yolu keçən Azərbaycan səhiyyəsi bu gün də özünün inkişaf mərhələsinin zirvəsindədir.

“Ümid yeri olmaq, şəfa paylamaq, ömrü ömrə calamaq xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu nəcib peşələrinə görə həkimlər hər cür hörmətə və ehtirama layiqdirlər.

Tibb elmi fəlsəfədir, bir ümmandır, onu dərk etmək, dərk edərək insanların sağlamlığının keşiyində durmaq özü də ilahi möcüzədir. Təbabət xəstəliklərə dair bir nəzər nöqtəsi sistemidir. Yüz minlərlə xəstəlik var.

Onların birləşmələri isə saysızdır. Xəstəliklərin qanunu dəqiq elmlərin qanunlarından fərqlidir, cədvəllərə və düsturlara tabe olmur. Riyazi model ilə təsvir olunmur. Hətta ən güclü kompüterlə belə hesablana bilmir. Xəstəliklərin qayda-qanunları istisna halları qədərdir.

İstisnalar isə o dərəcədə mühümdür ki, bunların da öz qanunauyğunluqları var. Belə çətin və şərəfli peşə sahibi olan həkimlərə, tibb işçilərinə ulu öndərimiz çox böyük dəyər verərək qeyd edib:

“Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsınlar”.

Bu şərəfli peşə sahibləri hazırda bəşəriyyəti cənginə alan koronavirusla mübarizədə ön cərgədədir. Tibb işçilərinin əzmkarlığının, qəhrəmanlığının nəticəsidir ki, koronavirus infeksiyasının yayılmasının daha da təhlükəli hal almasının qarşısı alınır.

Koronavirus pandemiyası ilə mübarizədə əsas yük məhz həkimlərin, tibb işçilərinin çiyinlərinə düşür. Bu gün dünyanın hər yerində yüz minlərlə tibb işçisi bu ölümcül virusla mübarizədə iştirak edirlər”, - deyə İ.Məmmədov əlavə edib.

 “Yeni klinika” tibb müəssisəsinin açılışında Prezident İlham Əliyev həkimlərin koronavirusla mübarizədə əməyini yüksək qiymətləndirib.

“Prezident deyib ki, bu ağır və çətin gündə həkimlər, tibb işçiləri xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirdilər, öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərdilər.

Bu gün səhiyyəmizin sözün həqiqi mənasında himayədarı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da tibb işçilərinin əməyini çox yüksək qiymətləndirir. Qeyd edir ki, ən vacib və ən mürəkkəb vəzifəni tibb işçiləri yerinə yetirir.

Onların hər an qəbul etdiyi qərarlar, peşəkar bilik və bacarıqlar, fədakarlıqları, şəfqəti bizim əsas silahımız və ümidimizdir. Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik.

Bu peşə, həqiqətən də, həmişə dərin zəka ilə yüksək bacarıq tələb edir. Tibb işçilərimizdən böyük cəsarət tələb olunur. Xüsusi qeyd edək ki, məhz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial yönümlü siyasətinin mərkəzi olaraq Azərbaycan səhiyyəsi bu gün özünün yüksək inkişaf mərhələsindədir.

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqəti, qayğısı, təşəbbüsü ilə yaradılmış səhiyyə infrastrukturu ona imkan verdi ki, Azərbaycanda koronavirusa qarşı effektiv mübarizə aparılsın.

Son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülüb. 2004-cü ildən bu günə kimi 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə rayon, şəhər yoxdur ki, orada xəstəxana olmasın”, - deyə İ.Məmmədov bildirib.

Deputat ölkədə səhiyyə sistemində görülən işlərdən də danışıb. Söyləyib ki,  bütün dünya ölkələri üçün çox çətin olan 2020-ci ilin qısa dövrü ərzində Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi Xəstəxanaları, Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatıb, əhalinin istifadəsinə verilib.

Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi Xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt  2 nömrəli Şəhər Xəstəxanasının  tikintisi,   Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının  Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı  təmiri davam etdirilir.

Onun sözlərinə görə, maddi-texniki bazanın inkişaf etdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb cərrahi əməliyyatlar  icra olunur.

“Hazırda xəstələrə açıq və invaziv kardiocərrahiyyə əməliyyatları, koxlear implantasiya əməliyyatı,endoprotezləşmə əməliyyatı, böyrək köçürülməsi, sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir.

Maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.

Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub.

Hazırda respublikamızda “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur. Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb.

Hazırda 276273 nəfər şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1820 nəfəri 18 yaşadək olan uşaqlardır. Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr qlukometr aparatı, striplə təmin ediliblər. Bütün uşaqlar insulin analoqları - şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər.

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.

Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib”.

Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların homodializ müalicəsi artıq öz həllini tapıb.

Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 681 süni böyrək aparatı ilə təchiz olunub. Dörd mindən artıq xəstə homodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. 

İ.Məmmədov söyləyib ki, indi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunub, 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.

Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı immunlaşdırma tədbirləri ilə müdafiəsi təmin edilir.

Milli Məclis üzvünün fikrincə, ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq yeddi ildir ki, malyariyanın yerli yoluxması baş vermir:    

“Poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir. 

Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Belə ki, son 10 il ərzində bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan immunçatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır.

Respublikada insan immunçatışmazlığı vurusuna yoluxmuş bütün hamilə qadınlar antiretrovirus müalicəsinə cəlb olunur və buna görə də artıq bir neçə il ərzində virusun anadan-uşağa ötürülməsi halı qeydə alınmayıb.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir.

Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır.

Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Bildiyiniz kimi, 2015-ci ildən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi həyata keçirilir. Qəbul olunan bu Qanun Azərbaycanda talassemiyanın aşkarlanması baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, il ərzində 100 mindən çox insanın qan nümunəsi müayinə olunur. 

Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan immunçatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır.

Respublikada insan immunçatışmazlığı vurusuna yoluxmuş bütün hamilə qadınlar antiretrovirus müalicəsinə cəlb olunur və buna görə də artıq bir neçə il ərzində virusun anadan uşağa ötürülməsi hallı qeydə alınmayıb.

Respublikada tibbi kadrların hazırlanması sahəsində ciddi addımlar atıır. İl ərzində rezidenturanı 30 ixtisas üzrə 300-dən çox həkim-mütəxəssis bitirir, bunlar əsasən respublikanın bölgələrinin şəhər, rayon və kəndlərinin səhiyyə müəssisələrinin vakant həkim vəzifələrinə işə göndərilir”.

İ.Məmmədov məlumat verib ki, Azərbaycanda il ərzində 16 mindən çox həkim və səkkiz mindən çox orta tibb işçisi təkmilləşdirmə kurslarından keçir, dörd mindən çox həkim və yeddi mindən çox orta tibb işçisi sertifikat alır. Akkreditasiya edilmiş tədbirlərin sayı 260-dək artıb: 

“Bununla yanaşı, Azərbaycan Tibb Universiteti nəzdində yaradılmış “Səhiyyə Menecmenti üzrə” magistraturaya tələbə qəbulu üçün normativ sənədlər, o cümlədən, tədris planı tərtib edilib.

Hazırda 20-dən çox elektron informasiya sistemi və alt sislemləri “Vahid Səhiyyə İnformasiya Sistemi”nin tərkibində fəaliyyət göstərir, “Ölüm hallarının elektron qeydiyyat”ına başlanılıb, “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin, “Ambulator tibbi kitabçadan və xəstəlik tarixindən çıxarış”ların vahid elektron reestrlərinin yaradılması  üçün müvafiq işlərə start verilib. 

Əlamətdardır ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib. Mühüm məqamlardan biri də odur ki, bu vahid sistemin digər qurumların informasiya sistemlərinə və “Elektron Hökumət” portalına inteqrasiyası da təmin edilib.

Respublika əhalisinin və səhiyyə ictimaiyyətinin çoxdan arzuladığı icbari tibbi sığorta ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi və böyük dəstəyi ilə artıq reallığa çevrilir. Bu reallığı həyata keçirmək isə biz səhiyyə işçilərinin üzərinə düşür. İşlədiyi yerdən və tutduğu vəzifədən asılı olmayaraq, bütün tibb işçiləri qarşıda qoyulan vəzifələri öz doğma işi hesab etməli, bilik və bacarığını əsirgəməməlidir.  

Hazırda bütün dünyanı vahiməyə salan yeni növ koronavirus infeksiyası getdikcə daha çox ölkəni əhatə edir, insanlar arasında yoluxma və ölüm halları artır. Məhz bu səbəbdəndir ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu bütün dünyada pandemiya elan edib.  

Azərbaycan hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün zəruri olan qabaqlayıcı tədbirləri görür. Bütün ölkə boyu dezinfeksiya işləri aparılır. Yaşayış binaları, iaşə obyektləri, müəssisə və idarələr, həyət və yaşayış məhəllələri, həmçinin, digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.

Ölkə rəhbərinin göstərişinə əsasən, ən müasir tələblər səviyyəsində tikilmiş “Yeni Klinika” koronoviruslu pasiyentlərin istifadəsinə verilib.

“Bakı şəhərində və regionlarda modul tipli 10 xəstəxananın qurulmasına başlanmış və artıq onlardan 4-ü xəstələri qəbul etmək üçün tam hazır vəziyyətdədir, digərləri isə ən qısa müddətdə təhvil veriləcək.

Respublikanın bütün tibb müəssisələri və səhiyyə işçiləri bu ağır problemlə mübarizəyə qoşulub. Bu mübarizədə səhiyyə işçilərinin rolu danılmazdır.

Modul tipli ilk xəstəxananın açılışında ölkə rəhbərinin dediyi kimi, həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir.

Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu xəstəlikdən sağalan bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR