Slimfit
  1. CƏMİYYƏT

“142 ərzaq yardımı və taksi xidməti üçün deyil”

“142 ərzaq yardımı və taksi xidməti üçün deyil”
Sakura

“142 ərzaq yardımı və taksi xidməti üçün deyil”

“Təəssüf ki, bəzi vətəndaşlarımız tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malikdirlər. Yaşı 65-dən yuxarı tənha insanlarımıza evlərində sosial xidmətlər göstərilir. Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin 142 - Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınırlar”.

Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbukda yazıb. O bildirib ki, bəzi hallarda vətəndaşlarımız 142-yə zəng edərkən yanlış olaraq ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər:

 

“Bununla əlaqədar diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil. Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir. Eyni zamanda, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır. Belə ki, ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir. Ona görə də vətəndaşlarımızdan bu məsələlərlə bağlı diqqətli olmalarını, yalnız nəzərdə tutulan istiqamətlər üzrə 142-yə zəng etmələrini xahiş edirik. Səhv məlumatlara, şaiyələrə deyil, rəsmi məlumatlara inanın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR