Slimfit
  1. DÜNYA

140 konqresmen Baydenə İranla razılığa gəlməsi üçün çağırış edib

140 konqresmen Baydenə İranla razılığa gəlməsi üçün çağırış edib
Sakura

140 konqresmen Baydenə İranla razılığa gəlməsi üçün çağırış edib

ABŞ prezidenti Co Baydenə İranla razılığa gəlməsi üçün çağırış sənədinə 140 konqresmen imza atıb.  

“ABC News” telekanlının məlumatına görə, müvafiq məktub Dövlət katibi Entoni Blinkenə göndərilib. Çağırış məktubunu konqresin üzvü olan hər partiyadan 70 nəfər imzalayıb.

Məktubu imzalayanlar Baydeni İranın nüvə və ballistik raket proqramını məhdudlaşdırmaq məqsədilə bu ölkəylə razılığa gəlməyə çağırıblar.

Qeyd edək ki, altılıq ölkələri (ABŞ, Britaniya, Fransa, Almaniya, Çin, Rusiya) və İran arasında sonuncunun nüvə araşdırmalarının məhdudlaşdırılması barədə razılıq 2015-ci ildə əldə olunub.

Lakin 2018-ci ildə Tramp ABŞ-ın birtərəfli qaydada razılaşmadan çıxdığını bəyan edib. 2019-cu ildə isə İran razılaşma çərçivəsində öz öhdəliklərinin tədricən azaldılmasını bildirib.

Mənbə: Oxu.Az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR