Dərc edildi: Baxış sayı: 626
13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı
Türkiyədə yaşayan 13 yaşlı erməni əsilli Artur tanınmış din xadimi Nihat Hatipoğlunun aparıcılıq etdiyi proqramda İslamı qəbul edib.
Hadisəsdən az sonra oğlanın valideynləri hay-küy salaraq, Arturun proqrama onlardan icazəsiz qatıldığını söyləyiblər.
Türkiyə parlamentinin erməni deputatı Karo Paylan Arturun hüquqlarını qorumaq üçün məsələ ilə bağlı “Radyo ve Televizyon Üst Kurulu”na ( RTÜK) müraciət edəcəyini bildirib.
“Sabah mən RTÜK və Baş Prokurorluğa şikayət məktubu göndərəcəm. Bu hadisə hansısa xüsusi bir mesaj daşımasa da, Arturun etnik mənsubiyyəti şounu daha baxımlı hala gətirib”, - deyə deputat bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət