Slimfit
  1. AZƏRBAYCAN

125 saylı marşrut xəttində gediş haqqı artıb? - BNA-dan açıqlama

125 saylı marşrut xəttində gediş haqqı artıb? - BNA-dan açıqlama
Sakura

125 saylı marşrut xəttində gediş haqqı artıb? - BNA-dan açıqlama

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən 125 saylı marşrut xəttində gediş haqqının 35 qəpikdən 40 qəpiyə qaldırılması ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, marşrut xəttində heç bir qiymət artımı olmayıb: "Heç bir qiymət artımından söhbət gedə bilməz. Qiymət tənzimlənməsi Tarif Şurası tərəfindən həyata keçirilir. 125 nomrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla dəyişdirildi. Nəticə etibarilə Lökbatan qəsəbəsi sakinlərinin birbaşa müntəzəm marşrut xətti ilə şəhər mərkəzinə gediş-gəlişi təmin olundu. Belə olan halda marşrutun ümumi dövr uzunluğu 47.3 km təşkil etdi. Tarif Şurasının da qərarına əsasən qəsəbələrarası və şəhərətrafı marşrutlarda dövrün uzunluğunun yarısı 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) olarsa, tarif 40 qəpik hesablanır. Yəni 125 nömrəli marşrutun dövr uzunluğunun yarısı 23.6 km təşkil etdiyi üçün gediş haqqı 40 qəpiyə düşür.

Bununla yanaşı qeyd edim ki, 125 nömrəli xətt üzrə dəyişiklikdən əvvəl sakinlər Lökbatan qəsəbəsindən şəhər mərkəzinə gedərkən 60 qəpik xərcləyirdilərsə, hazırda bunun üçün 40 qəpik ödəyirlər. Daha rahat və müasir avtobuslardan istifadə edirlər".

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR