Slimfit
  1. DÜNYA

120 saatın bitməsinə az qalmış ABŞ-dan qalmaqallı addım

120 saatın bitməsinə az qalmış ABŞ-dan qalmaqallı addım
Sakura

120 saatın bitməsinə az qalmış ABŞ-dan qalmaqallı addım

Türkiyə ilə ABŞ arasında əldə olunmuş razılığa əsasən, YPG terror qruplaşmasının Suriyanın şimalındakı sərhəd təhlükəsizlik zonasını tərk etmələri üçün verilən 120 saatlıq vaxt bu axşam bitir. Belə bir məqamda isə Vaşinqtonda qalmaqallı görüş baş tutub.

Qafqazinfo”nun xəbərinə görə, rəsmi Ankaraya qarşı iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin müəlliflərindən biri, demokrat senator Kris Van Hollen və respublikaçı senator Lindsi Qraham PKK/YPG-nin Suriya qolu SDG-nin  (“Suriya Demokratik Gücləri”) həmsədri İlham Əhmədlə görüşüb. 

Görüş barədə məlumatı Hollen öz tvitter mikrobloqunda yayıb. Əhmədi Suriya kürdlərinin ən yüksək səviyyəli təmsilçisi olaraq tanıdan Van Hollen “İlham Əhmədlə toplantımızdan sonra şimal-qərbi Suriyada yaranan vəziyyətlə bağlı daha çox narahatıq. Konqres elə indi kifayət qədər amerikalı əsgərlərin Suriyada qalmağını təmin etməli, hava əməliyyatını sığortalamalı və Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün bir araya gəlməlidir” ifadələrini işlədib. 

O, mətbuat konfransında “qətliamı dayandırmalıyıq. İŞİD-in təkrar ortaya çıxmamasını təmin etməliyik” deyə bildirib.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR