Slimfit
  1. MEDİA

104 “Yeni Nəsil” komandası investisiya əldə etmək uğrunda mübarizə aparacaq

104 “Yeni Nəsil” komandası investisiya əldə etmək uğrunda mübarizə aparacaq
Sakura

104 “Yeni Nəsil” komandası investisiya əldə etmək uğrunda mübarizə aparacaq

Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarından “Yeni Nəsil 2.0” layihəsinin “Komandanı Yarat” mərhələsində biznes ideyası olan komandaların formalaşması prosesi başa çatıb. 2021-ci ilin yanvar ayında start götürən layihənin ilk mərhəsində Bakı, Abşeron-Qobustan, GəncəQazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarında layihə barədə məlumatlılığın artırılması və gənclərin cəlb edilməsi məqsədilə təqdimatlar keçirilib. Həmçinin, gənclərin böyük marağına səbəb olan 8 fərqli ekspertin öz bilik və təcrübəsini bölüşdüyü 8 fərqli mövzuda vebinarlar təşkil olunub. Layihənin ikinci mərhələsi olan “Komandanı yarat” mərhələsinə keçən iştirakçılar biznes ideyalarını və komandalarını formalaşdırmaq məqsədilə müxtəlif vebinar və onlayn sessiyalarda iştirak edərək komandalarını formalaşdırıblar. Ümumilikdə layihə özündə 52-si İnnovasiya/startap, 11-i Qadın sahibkarlığı, 20-si HoReCa, 14-ü Kənd təsərrüfatı və 7-si digər istiqamət olmaqla 104 komandanı birləşdirir. Komandaların ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə üzvlərlə onlayn formada ehtiyac dəyərləndirməsi aparılıb, komandası olmayan gənclərin komandalarını formalaşdırmaları üçün mütəmadi komanda görüşləri keçirilib. Onlayn platforma üzərindən aparılan bu mərhələdə 2000-ə yaxın gənc ilə fasiləsiz kommunikasiya yaradılmışdır. Hazırda 5 mərhələdən ibarət layihənin üçüncü mərhələsi olan “Sürət” mərhələsi davam edir. 3 ayı əhatə edən bu mərhələdə 104 komanda üçün bir həftəlik düşərgə keçiriləcək, həmçinin ekspert və mentorlarla onlayn və oflayn sessiyalar baş tutacaq. Bundan əlavə, komandalara əldə etdikləri bilik və bacarıqları yaratdıqları məhsul və xidmətlərə tətbiq etmək imkanı veriləcəkdir. “Yeni Nəsil 2.0” gənc sahibkarlara dəstək layihəsi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə öz dəstəyini verən bir illik layihədir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilir. Layihənin yekununda qalib komandalar mövcud investisiya fondundan müvafiq investisiya əldə etmək imkanı qazanacaq. Növbəti mərhələlərdən xəbərdar olmaq üçün “Youth Inc.” Sahibkarlıq Proqramının sosial şəbəkə səhifələrini izləyin

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR