Slimfit
  1. TEXNOLOGİYA

100 dollarlıq “Nokia 2.1” smartfonu rəsmən təqdim edilib

100 dollarlıq “Nokia 2.1” smartfonu rəsmən təqdim edilib
Sakura

100 dollarlıq “Nokia 2.1” smartfonu rəsmən təqdim edilib

“HMD Global” şirkəti “Nokia 2.1” smartfonunu təqdim edib. Daha müasir aparat içliyi, tutumlu akkumulyator və 2 gün avtonom işləyə bilən bu model ötənilki “Nokia 2” qurğusunu əvəz edəcək.

ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon “HD” (720x1280 piksel) təsvir ölçülü 5,5 düymlük displey, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kamera ilə təchiz edilib.

Bundan başqa, yeni smartfon dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 1 QB-lıq əməli və 8 QB-lıq daxili fləş yaddaşla (“microSD” formatlı kartların köməyi ilə yaddaşı 128 QB-dək artırmaq mümkündür) təchiz edilib. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

2018-ci ilin iyulundan “Nokia 2.1” smartfonunun satışına başlanacaq. Qiyməti 115 dollar təşkil edəcək.

Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR