Dərc edildi: Baxış sayı: 553
10 oğlan anasının qız övladı dünyaya gəldi
39 yaşlı britaniyalı qadın Aleksis Brett 11-ci dəfə ana olub. O, nəhayət, qız övladı dünyaya gətirib.
“Qafqazinfo”nun “Mirror” nəşrinə istinadən məlumatına görə, Birləşmiş Krallıqda ard-arda 10 oğlan övladı dünyaya gətirən yeganə qadın nə vaxtsa qız övladına sahib olacağına inanmırmış.
“Mən bizim növbəti dəfə oğlan övladına sahib olacağımızı eşidəcəyimi gözləyirdim. Biləndə ki, qızdır, mənim üzümü görmək lazım idi”, - deyə, çoxuşaqlı ana sevincini bölüşüb.
Qeyd edək ki, qadının ən böyük oğlunun 17, ən kiçik oğlunun isə 2 yaşı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət