Dərc edildi: Baxış sayı: 1047
10 ilə qazanacağı pulu soxulcanlar vasitəsilə qazanır
Türkiyə Denizlidə yaşayan Eyüp Karakuş soxulcan gübrəsi istehsalı üçün ədliyyə işindən 2 ay əvvəl istefa verib.
Metbuat.az türk mediasına istinadla xəbər verir ki, Karakuş iş yerində çalışmaqdan daha çox sahibkarlıq etmək istədiyini ifadə edərək, qurd gübrəsi istehsal edən təsisi qurub.
Dövlət xidmətindən 1 illik müəyyən gəlir əldə edən Karakuş, bu gəliri 1 ayda qazanır.
Soxulcan və soxulcan gübrəsindən qazanc əldə edə biləcəyini görən Karakuş masabaşı işdə çalışmaqdansa, təşəbbüskar olmağı üstün tutub.
Yanvar ayında məmurluq vəzifəsindən istefa edən Karakuş Pamukkale mahalına bağlı Irlıganlı Məhəlləsində kirayəyə götürdüyü 5 min kvadrat metrlik anbarda soxulcan istehsal təsisi qurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət