Slimfit
  1. MARAQLI

10 il bir otaqda kilidlənən qızın qorxunc hekayəsi

10 il bir otaqda kilidlənən  qızın qorxunc hekayəsi
Sakura

Cininin otağında heç vaxt işıq yanmırdı və və günün çox hissəsi qaranlıq olurdu.

Uşaqların, ilk növbədə, qayğı və diqqətə ehtiyacı olduğunu heç kim şübhə altına almır. Bir uşağın psixikasını pozmaq, onu Mauqliyə çevirmək, təcrid olunmuşsa, mehribanlıq və sevgidən məhrum edilirsə, çox asandır. Bunun bariz nümunəsi on il ərzində dünyadan tamamilə uzaqlaşan Syuzan  "Cini" Vaylinin hekayəsidir. Nə üçün balaca uşaq belə qəddar cəzaya layiq görüldü və o,  əqli qabiliyyətlərini bərpa etməyi bacardımı?

 1970-ci ilin noyabr ayında Los Anceles sosial xidmətləri, hətta onların geniş təcrübəsində belə əvvəllər rast gəlinməmiş, uşağa bu cür məhəl qoyulmamasından heyrətə düşdülər.  13 yaşlı  Syuzan Vayli altı yaşlı  qız kimi görünürdü və zehni inkişafı isə daha betər idi: danışmırdı, özü yemək yeməyi və tualetdən sərbəst istifadə etməyi bacarmırdı. Syuzan 27 kq ağırlığında idi və yarım büçük ayaqları ilə  qəribə yerişlə gəzirdi, sanki fiziki cəhətdən düz dayana bilmirdi.

Qorxunc qapalı dünya

Syuzan (evdə ona Cini deyirdilər) Klark və İren Vaylinin dördüncü, sağ qalan ikinci  uşağı idi. 1957-ci ildə anadan olub, demək olar ki, tamamilə sağlamdır. Yeganə problem, həkimlərin gələcəkdə dik gəzməsinə mane ola biləcəyini dedikləri çanaq-bud oynağının displaziyası idi.  

Ancaq ailəsi ilə bağlı Syuzinin bəxti gətirməmişdi. Qızın anası İren demək olar ki, kor idi və tamamilə ərindən asılı idi. Klark Vayli  həm də səsə son dərəcə həssas olan aqressiv  insan idi. Kiçik bir səs-küydən belə özündən çıxır və evdə radio və ya televizorun açılmasına belə icazə vermirdi.

Vayli ailəsi təcrid şəraitində yaşayırdı, valideynləri heç yerə getmirdi və heç kimlə əlaqə qurmurdu. Bəzən Klark həyat yoldaşını o qədər döyürdü ki, qadın xəstəxanalıq olurdu. O, uşaq olmasını da istəmirdi, amma o vaxtın hamiləliyə qarşı dərmanları qeyri-mükəmməl idi və çətin ki, Klark belə şeylərin qayğısına qalmağı istəyərdi. Onun şəxsi uşaqlığı valideyn bacarıqlarına yiyələnməyə imkan yaratmamışdı: Klarkın anası fahişəxana işlədirdi və oğlunu uşaq evinə vermişdi, ona da hərdən-bir baş çəkirdi.  

Vayli  cütlüyünün ilk qızı toylarından beş il sonra dünyaya gəldi və cəmi on həftə yaşadı.... Məhz onun dünyaya gəlməsiylə Klarkda səs-küyə dözümsüzlük yarandı. Bir gün, kiçik qız ağlamağa başlayanda, Klark onu qaraja apardı və gecə orada qoydu.  Qız həddindən artıq soyuqdan meydana gələn  sətəlcəmdən öldü.

Bir neçə il sonra Vayli  ailəsində oğlan dünyaya gəldi.  Cəmi bir neçə ay yaşadı və öz seliyindən boğularaq öldü. Üçüncü uşaq daha bəxtəvər idi - erkən uşaqlıqdan nənəsi tərbiyəyə götürdü. Ancaq bir neçə il sonra nənəsi avtomobil qəzasında öldü və oğlan valideynlərinə qayıtmağa məcbur oldu. Xoşbəxtlikdən o, bu ailədə sağ qalmaq üçün artıq böyümüşdü.

Cini dördüncü oldu. 

On il qapalı həyat

Oynağının displaziyası səbəbindən Cini sürünməyə və gəzməyə gec başladı. Bu, atasının onun  əqli cəhətdən geri qaldığını elan etməsi üçün kifayət idi. Qəsdən qızı ilə danışmadı və ona əhəmiyyət vermədi və eyni zamanda həyat yoldaşı və oğlunun artıq dəfə ona yaxınlaşmasını qadağan etdi.

Cininin həbsi hələ iki yaşı tamam olmamış başladı. Ata onun varlığının başqalarından gizli qalmasına qərar verdi. Körpənin uşaq əskilərini batırmasının  qarşısını almaq üçün Klark onu qarşoka bağladı və ayrı bir otağa qoydu, anasına gündə bir dəfə ona yemək verməyə  icazə verdi. Qız heç vaxt müstəqil  çeynəməyi öyrənmədi. Gecələr isə onu, beşiyə simlə bağlanan  yataq torbasına qoyurdu.

Cininin otağında heç vaxt işıq yanmırdı və və günün çox hissəsi qaranlıq olurdu. İnkişaf etməsində yeganə stimul beşik, qarşok, pəncərələrdəki pərdələr və divara asılmış iki yağış paltarı idi. Pərdələrdə çatın arasından qız göyün bir hissəsini və qonşu evin küncünü görürdü. Yaxşı əhval-ruhiyyənin nadir dəqiqələrində atası Ciniyə yemək üçün plastik konteynerlərlə,  köhnə ipliklər, köhnəlmiş jurnallar və ya bu yağış paltarları ilə oynamasına icazə verərdi.

Klark, oğlunun bacısı ilə əlaqə yaratmasına izn vermirdi və ona yaxınlaşmamağı əmr etmişdi. Cini bir balaca səs çıxarmağa bənd idi ki, Klark onu susanadək taxta çubuqla döyməyə başlayırdı. Nəticədə Cini  danışmağı öyrənmədi. Üstəlik, heç bir səs çıxarmamağa və özünə diqqəti cəlb etməməyə çalışdı. Klark həyat yoldaşı və oğluna onun haqqında  kiməsə danışmağı qadağan etmişdi. Ona görə də  heç kim - nə qonşular, nə qohumlar, nə də məktəb müəllimi – Vayli  ailəsinin bir yox, iki övladı olduğundan şübhələnmədilər. 

Yalnız xoşbəxt bir təsadüf nəticəsində Cini sosial xidmətlərin diqqət mərkəzinə düşdü. Bir dəfə İren gücünü toplayaraq ərinin icazəsi olmadan qızını da özüylə götürüb evdən çıxdı (oğlu artıq yetkinlik yaşına çatmış və evdən getmişdi). İren anasının yanına yerləşdi və bir neçə həftə sonra əlillik müavinətini almaq üçün yerli bələdiyyəyə getdi. Cinini də  özü ilə  apardı, ancaq gözü zəif olduğuna görə, qapını səhv salaraq lazım olan kabinetə yox, sosial xidmətlər ofisinə daxil oldu. Qızı görən əməkdaş dəhşətə gəldi və dərhal polis çağırdı. 

Kömək edin

Cini dəhşətli görünürdü: 13 yaşında 27 kq ağırlığında idi, büdrəyərək gəzirdi və bir kəlmə danışmırdı. Polis vəziyyəti qiymətləndirmək üçün Vaylinin evinə getdi. Klark və İrenə qarşı ittihamlar irəli sürüldü.

Gini özü isə həyatında ilk dəfə xəstəxanaya qoyuldu. Həkimlər pis qidalanma və təcrid səbəbindən əzələlərinin demək olar ki, inkişaf etmədiyini, buna görə də yaxşı yerimədiyini təsbit etdilər. Bundan əlavə, qız çeynəyə bilmir və çətinliklə udurdu. Valideynləri heç vaxt tualetdən necə istifadə etməyi ona öyrətməmişdilər, buna görə də o, altına batırırdı. Cini həm də də masturbasiya edirdi, bu da həkimlərin atasının qızı yalnız fiziki deyil, həm də cinsi istismara məruz qoyduğundan şübhələnməsinə səbəb oldu. İntellektinə gəlincə, Cini, bir yaşındakı  uşaq ağlındaydı, hərçənd onun beyni tam inkişaf etmişdi. Geri qalmanın səbəbi təcrid etmə və xüsusi qəddar rəftar olmuşdu.

Cini elmi ictimaiyyətin diqqətini çəkdi: ilk dəfə olaraq psixoloqlar ətraf mühitin və tərbiyənin uşağın zehni sağlamlığına təsirini diqqətlə öyrənmək imkanı əldə etdilər. Mütəxəssislər vaxtı geri çevirməyə və Ciniyə cəmiyyətdə yaşamağı öyrətməyə ümid edirdilər.

Əvvəlcə hər şey qaydasında getdi. Cini necə geyinməyi, tualetdən istifadə etməyi, formaları tanımağı və bəzi predmetlərin adlarını öyrəndi. Zaman keçdikcə, o, çox primitiv olsa da, hətta sözlər deməyi  öyrəndi: “Ata əli döyür. Böyük çubuq. Cini ağlayır. Tüpürməmək. Ata. Üzə vurmaq - tüpürmək. Ata böyük  çubuq döydü. Ata qəddardır. Ata Cinini böyük  çubuq vurmaq. "

Hər şeyin haradan başladığını nəzərə alsaq, bu, çox böyük irəliləyiş idi

Himayədar ailələr

Cininin ilk ögey anası Cin Batler adlı psixoloq idi. Hələ xəstəxanada ikən Cini ilə işləyirdi. Bir gün onun qulaqdibi donuz xəstəliyi  tutmasından  şübhələnəndə qızı evinə apardı. Cin qıza kömək etmək üçün çox səy göstərdi, baxmayaraq ki, bunu əsasən öz karyerası naminə etdiyini gizlətmirdi. Sonralar, Batler Cininin qəyyumluğunu almağa çalışdı, lakin  uğursuz oldu - imtina edildi.

 

İkinci himayədar ailədə Ciniyə  qəzəbini ifadə etməyi (həkimlər də, yeri gəlmişkən)  öyrətdilər: qapıları çırpmaq, tullanmaq, ayaqları ilə tappıldatmağı... Orada həm də  gülümsəməyi və şəkil çəkməyi öyrəndi. Cini dörd il yeni ailədə yaşadı və anası qızını yenidən geri qaytarmaq iddiası ilə çıxış etməsəydi onun necə inkişaf edəcəyi məlum deyil.  

O vaxtdan etibarən  psixoloqların bütün səyləri boşa çıxdı. Çox keçmədən İren Vayli  Cininin qayğısının çox çətin olduğunu başa düşdü və onu yenidən sosial xidmətlərə gətirdi. Bundan sonra qız altı himayədar ailə dəyişdirdi. Bəzilərində yenidən fiziki cəhətdən təcavüz edildi. Bacarıqları sürətlə getməyə başladı, özünə qapandı. Cini  qusduğu üçün himayəyə götürüldüyü ailələrdən birində şiddətlə döyüldükdə, ağzını açmağı dayandırdı və işarə dili ilə məhdudlaşaraq, mümkün qədər az yeməyə və danışmağa çalışdı. Cini ilə əvvəldən işləyən psixoloqlar qrupu onunla əlaqəni itirdi.

O vaxtdan başlayaraq Cini Vayli bir çox himayədar ailələri və xəstəxanalar dəyişdirdi. Onun 2016-cı ildə hələ sağ olduğu və psixiatrik klinikada yaşadığı məlumdur. Lakin hazırda onun həyatının təfərrüatları açıqlanmır.

Atası Klark  məhkəməni gözləmədi. Evində aşağıdakı qeydi yazaraq özünü güllələdi:  "Dünya heç vaxt anlamayacaq.."

***

Dünyanın heç vaxt anlamayacağı şey Klarkın əsassız vəhşiliyidir. Hətta tamamilə sağlam uşağı belə  "sındırmaq" çətin deyil, bunun üçün onu döymək belə lazım deyil - körpəni ətrafındakı dünyadan ayırmaq, onu insanlardan və təəssüratlardan təcrid etmək kifayətdir. İnsanlar bir sürüdə  yaşayırlar: hər şeyi valideynlərindən və başqalarından öyrənirlər. Tək qalmış bir uşağın psixikasında "sınıqlar" isə heç vaxt düzəlmir. 

Mənbə: www.goodhouse.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR