Slimfit
  1. MARAQLI

10 ən yaradıcı reklam afişası

10 ən yaradıcı reklam afişası
Sakura

10 ən yaradıcı reklam afişası

Günümüzdə insanların diqqətini cəlb edəcək, yeni təqdim olunan məhsul və markanın ön plana çıxmasına yardımçı olacaq reklam kampaniyaları həyata keçirmək zərurət halını almışdır. Aşağıda belə reklam kampaniyalarının nəticəsi olan ən yaradıcı afişalar qeyd edilmişdir.

1. Güclü təsir yaratmaq üçün ölçülərdən istifadə  edin.

Arıqlama və sağlam həyat tərzi ilə bağlı konsaltinq şirkəti olan “Weight Watchers” reklamında qapıların ölçülərinin gözlənilmədən dəyişilməsi diqqəti cəlb edir. Soldakı qapı giriş, sağdakı isə çıxış olaraq göstərilmişdir.

2. Məkanın sizə ilham verməsinə izn verin.

2015 Los Anceles Maraton yarışlarına sponsorluq edən Yaponiyanın idman ayaqqabıları və idman avadanlıqları şirkəti “ASICS”, “VITRO” reklam şirkəti ilə birlikdə Los Anceles şəhərinin atributlarından istifadə edərək möhtəşəm bir reklam kampaniyası başlatmışdı. Stuart Rowbottom və Mike Campaunun hazırladığı reklam kampaniyasında Beverly Hills oteli, Capitol Records binası, Hollywood yazısı kimi simvolik yerlər şirkətin istehsalı olan bir idman ayaqqabısının altlığında təsvir edilmişdi.

3. İlluziya üçün şəkilləri birləşdirin.

“Love Agency” şirkətinin Litvadakı “Mint Vinetu” kitab mağazası üçün həyata keçirdiyi qeyri-adi reklam kampaniyası oxuyucuların üzləri ilə kitabların üz qabıqlarını birləşdirir.

4. Şərh etməyin, göstərin.

Braziliyanın “DDB” reklam şirkəti FedEx şirkəti üçün sadə, ancaq olduqca təsirli bir kampaniya hazırladı. Mesajlarını ötürmək üçün binaların üzərində qitə xəritələri yerləşdirmişdi.

5. Mesajınızı çatdırmaq üçün mübaliğədən istifadə edin.

Beynəlxalq reklam agentliyi olan “Saatchi & Saatchi” – nin Ariel firması üçün hazırladığı bu reklamda yuyucu vasitəsi köynəyi o qədər bəyazlaşdırır ki, köynək kölgənin qarşısını tutur.

6. Gözlənilməyəni həyata keçirin.

Braziliyanın “DDB” reklam şirkətinin yaradıcı direktorları Sergio Valente və Rodolfo Sampaio “Zoo Safari” üçün bu maraqlı reklamı hazırlamışlar. Şüarı olan “Blend In” (uyğun olun) isə şəkillərlə ahəng təşkil edir.

7. Problemi vurğulayın.

“TBWA” reklam agentliyinin Türkiyə filialının IKEA üçün hazırladığı bu reklam kampaniyasında parlaq rənglərdən istifadə etmişdir. Bu reklam dolab üçün nəzərdə tutulan sahələrin rəqib firmaların istehsal etdikləri mebellərdə kiçik olduğunu vurğulamaq məqsədi daşıyır.

8. Müştərilərizə onları başa düşdüyünüzü göstərin.

Hədəfinizdə olan auditoriyanı nəzərə alın. Harada yaşayırlar? Nə işlə məşğuldurlar? “Ogilvy” reklam şirkətinin Ford Fusion üçün hazırladığı bu reklam kampaniyasında avtomobil şəhəri gəzən bələdçi olaraq göstərilmişdir.

9. Düşmənə qarşı çıxın.

“Young & Rubicam” reklam agentliyi “Colgate” – in dişləri necə bəyazlatdığını göstərmək və həll yolunu vurğulamaq əvəzinə problemin özünə diqqət çəkmişdir. Dişlərin yerinə diş bəyazlığının ən böyük düşməni olan siqaret, qəhvə və çay paketlərindən istifadə edilməsi olduqca maraqlı üsuldur.

10. İstifadəçilərin duyğularına yönəlin.

“Lowe China” reklam agentliyinin “Shanghai General Motors/Buick” üçün hazırladığı bu reklam kampaniyasında maşın qəzaları zamanı həqiqətən xəsarət almış insanlar yolun ortasında dayanaraq özlərini yaralayan sürücülərin yayındıqları yol hərəkəti nişanlarını tuturlar. Bu kampaniyanın şüarı isə “Yol hərəkəti nişanlarının olmasının bir səbəbi var”.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR