Dərc edildi: Baxış sayı: 616
1 trilyona ilk kim sahib olacaq?
Dünya trilyon dollara ilk çatacaq şirkətə diqqət kəsilib.
“Kommersant” xəbər verir ki, dünya iqtisadiyyatının iki nəhəng şirkəti olan “Amazon” və “Apple” arasında trilyon dollarlıq rəqabət başlayıb. İki şirkət arasında ortaq nöqtə hər birinin öz sahəsində dönüş yaratmalarıdır. İndi isə şirkətlərdən hansının bazar qiymətinin ilk 1 trilyon dollara çatacağı danışılır.
Qeyd edək ki, hazırda “Apple”ın bazar qiyməti təxminən 940 milyard dollar, “Amazon”un isə qiyməti son aylarda sürətlə inkişaf edərək 900 milyard dollara çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət