Slimfit
  1. CƏMİYYƏT

"1 qəpikliyin istehsal xərci 1 qəpikdən baha başa gəlir" - AÇIQLAMA

"1 qəpikliyin istehsal xərci 1 qəpikdən baha başa gəlir" - AÇIQLAMA
Sakura

"1 qəpikliyin istehsal xərci 1 qəpikdən baha başa gəlir" - AÇIQLAMA

Xəbər veridyimiz kimi, mayın 20-də yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Mərkəzi Bankdan bildirilib ki, milli pul nişanlarının istehsalı AMB-nin sifarişləri əsasında beynəlxalq istehsalçı şirkətlər tərəfindən həyata keçirilir. İstehsal xərcləri istehsal dövründən, həcmindən və digər faktorlardan asılı olaraq dəyişə bilir.

Ölkədə 1 qəpiklik məhsulların demək olar ki, yox dərəcəsində olduğu hər kəsə məlumdur.

1 qəpiklik məhsul yoxdursa, nə üçün bu qədər xərc çəkilib tədavülə yeni 1 qəpiklik buraxılır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, bununla bağlı Nazirlər Kabinetinin qərarına ehtiyac var:

"1 qəpikliyin istehsal xərci 1 qəpiyin özündən baha başa gəlir. 1 qəpiyi istehsal etmək üçün daha çox pul xərclənilir. Ona görə də Nazirlər Kabinetinin qərarına ehtiyac var, çünki Mərkəzi Bank təkbaşına bu qərarı verə bilməz. Nazirlər Kabinetinin qərarı lazımdır ki, ona uyğun olaraq tədavüldən qəpiklərin çıxarılması məsələsi gündəmə gəlsin. Bu haqda düşünməyə dəyər, çünki son vaxtlar Azərbaycanda kartla ödənişlər populyar olub. Artıq nağd ödənişlər ötən illərə nisbətən azalıb. 1 qəpikliyin də nəğd ödənişlərdə az istifadə olunduğunu nəzərə alaraq tədavüldən 1 qəpiliklərin, hətta 3 qəpikliyin belə çıxarılması mümkündür. Çünki onların ticarətdə istifadəsi çox azdır, amma onların istehsalı və tədavülə buraxılması dövlətə öz nominal dəyərindən daha baha başa gəlir".

İqtisadçı deputat Vahid Əhmədov isə düşünür ki, Mərkəzi Bank 1 qəpikliyi ehtiyac olduğu üçün tədavülə buraxıb:

"Ehtiyac olmasa, Mərkəzi Bank bu cür sifariş verməzdi. Mərkəzi Bank rəhbərliyi faktiki olaraq qənaətə fikir verəndir. 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı fikir verirdim ki, çox ciddi qənaətlə işləyən orqana çeviriliblər. Yəqin ki, tələbat var ki, sifariş verilib. Tələb olmasa, sifariş verilməz".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR