Dərc edildi: Baxış sayı: 152
Zurabişvili koalisiya hökuməti istəyir
Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni koalisiya hökumətinin hakimiyyətə gəlməsini istəyir.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Zurabişvili bunu Böyük Britaniyaya səfəri zamanı BBC- yə müsahibəsində bildirib.
"Mən bütün digər siyasi partiyalarla seçkilərdən sonra parlamentə gələnlərin istifadə edəcəyi platformanı hazırlamaq üçün işləyirəm. Mən koalisiya hökumətinin olmasını istəyirəm. Niyə? Çünki demokratiyaya doğru uzun yol qət edən Gürcüstanın köhnə zamanların mirası olan təkpartiyalı sistemdən koalisiya hökumətinə keçməyin vaxtı çatıb”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət