Dərc edildi: Baxış sayı: 447
Zurabişvili etirazlara görə səfərini yarımçıq qoydu
Gürcüstan prezidenti Salome Zurabişvili Belarusa rəsmi səfərini təxirə salaraq paytaxt Tbilisiyə qayıdıb.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Zurabişvili Tbilisidəki etiraz aksiyalarına görə səfərini yarımçıq saxlayıb.
Qeyd edək ki, dünən Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət