Slimfit
  1. MARAQLI

Zukerberq Facebook-un insanları ayırdığına görə üzr istəyib

Zukerberq Facebook-un insanları ayırdığına görə üzr istəyib
Sakura

Zukerberq Facebook-un insanları ayırdığına görə üzr istəyib

Facebook təsisçisi Mark Zukerberq sosial şəbəkənin insanları ayırdığını, birləşdirmədiyinə görə üzr istəyib. O bu müraciəti 1 oktyabrda Yom-Kippur bayramı bitdikdən sonra deyib, onu “Qiyamət günü” və ya “Bağışlanma günü” də adlandırırlar.

Bu gün yəhudilər üçün müqəddəs gün olan Yom-Kippur yekunlaşır. Bu gündə biz ötən ili xatirlayırıq və öz səhvlərimizə görə üzr istəyirik. Mən bu ildə incitdiyim insanlardan üzr istəyirəm və daha yaxşı olacağıma söz verirəm. Mənim işimi müəyyən mənada insanları birləşdirmək üçün deyil, ayırmaq üçün istifadə ediblər. Mən üzr istəyirəm və bunu düzəltmək üçün işləyəcəm.

2017-ci il 7 sentyabrda Facebook ABŞ-da prezident seçkiləri ilə əlaqədar siyasi reklamları aşkar etdiyi barədə məlumat yayıb. O reklamları rus hesablarından ediblər. 470 belə səhifə blok edilib ki, orada Trampa dəstək olaraq mitinqlər təşkil olunur və istifadəçilərə baxışlarından asılı olmayaraq irq və dini zəmində məlumatlar göndərilirdi. ABŞ senatı Rusiyadan olan elanların təsiri barədə əlavə məlumatların aşkar olunmasını xahiş etmişdi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR