Slimfit
  1. AZƏRBAYCAN

Zoologiya İnstitutunda saxlanılan 20 kiloqramadək ilan zəhərindən yüksək gəlir əldə etmək mümkündür

Zoologiya İnstitutunda saxlanılan 20 kiloqramadək ilan zəhərindən yüksək gəlir əldə etmək mümkündür
Sakura

Zoologiya İnstitutunda saxlanılan 20 kiloqramadək ilan zəhərindən yüksək gəlir əldə etmək mümkündür

Azərbaycanda ilan zəhəri istehsalının ən uğurlu dövrü 1980-1989-cu illəri əhatə edir. Həmin dövrdə herpetoloji mərkəz tərəfindən hər il istehsal edilən 3-4 kiloqram quru gürzə zəhərinin satışından yüksək gəlir əldə olunub. Biz həmin təşkilatın varisiyik. Hazırda Zoologiya İnstitutunda 20 kiloqrama yaxın ilan zəhəri plomblanmış şəkildə saxlanılır. Bu 20 kiloqram ilan zəhəri təxminən 20 milyon ABŞ dolları deməkdir. Belə demək mümkünsə, böyük bir sərvətin üstündə oturmuşuq.

Bunu Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilan zəhəri institutda xüsusi vakuum şəraitində, mikroampulaların içində qorunur. Bu yaxınlarda, akt əsasında, təxminən 1 milliqram ilan zəhəri analiz üçün xarici şirkətə verilib. Nəticələr çox yaxşı olub. Belə ki, zəhərin öldürücülük təsiri maksimum dərəcədədir, kifayət qədər rəqabətədavamlı bir maldır.

“Bizim ilan zəhərinin alıcısı o dövrdə əsasən Estoniya idi. İlan zəhərini oraya xammal kimi göndərirdik, Estoniya isə onu dərman kimi xaricə satırdı. SSRİ dağılandan sonra bu əlaqələr kəsildi. Estoniya ilə əlaqələr yaratmaq istəyəndə isə gec oldu. Estonlar artıq başqa ölkələrlə, İran, Pakistan, Şimali Afrika ölkələri ilə əlaqələr qurmuşdular. O bazarı biz itirdik, yenisini tapmaq isə çox çətindir. Bazar tutulub, ora girmək üçün marketinq işləri aparmaq, vəsait xərcləmək, əsas da beynəlxalq sertifikat almaq lazımdır.

E.Yusifov bildirib ki, Zoologiya İnstitutunun Ağsu rayonu Musabəyli kəndi ərazisindəki təcrübə bazasında zəhərli ilanların süni şəraitdə saxlanması və yetişdirilməsi üzrə elmi-təcrübi tədqiqatlar aparılır. Hazırda həmin bazada ilanlar saxlanılır. Onların qidalanması üçün vivaridə xüsusi siçanlar yetişdirilir.

Alim qeyd edib ki, ilan zəhərinin sertifikatlaşdırılması və istehsalının bərpası istiqamətində tədbirlər də həyata keçirilir. Belə ki, institutun herpetoloq alimləri zəhərli ilanlardan istifadənin innovativ texnologiyasının işlənməsi ilə bağlı layihələr üzərində çalışırlar. İnstitutda, həmçinin ilan zəhəri və digər bioloji aktiv substansiyaların biokimyəvi, toksinoloji və farmakoloji tədqiqi üçün müasir tipli laboratoriyanın yaradılması da nəzərdə tutulur. Belə bir laboratoriyanın yaranması ilan zəhərinin və digər zootoksinlərin tədqiqi sahəsində perspektivlərin reallaşmasına böyük töhfə olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR