
Dərc edildi: Baxış sayı: 258
Tramp Qətərin ona hədiyyə etdiyi milyonlarla dollarlıq təyyarə ilə bağlı VƏD VERDİ
ABŞ Prezidenti Donald Tramp Qətərin ona hədiyyə etdiyi, dəyəri 400 milyon dollar olan təyyarəni ABŞ Hərbi Hava Qüvvələrinə bağışlayacaq.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tramp özünü "Truth" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, bu təyyarə çatdırılması gecikən yeni "Boeing"lərin əvəzinə istifadə ediləcək.
O qeyd edib ki, bu, ABŞ-nin uzun illər uğurla müdafiə etdiyi dövlətin bir hədiyyəsidir.
Tramp bildirib ki, ABŞ-nin vergi ödəyiciləri və hərbçiləri təyyarəni pulsuz ala biləcəkləri halda ona milyonlarla dollar xərcləməyin mənası yoxdur.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət