Slimfit
  1. SİYASƏT

Ziyafət Əsgərov Əli Kərimli barədə: Elçibəyə xəyanət etmisən

Ziyafət Əsgərov Əli Kərimli barədə: Elçibəyə xəyanət etmisən
Sakura

Ziyafət Əsgərov Əli Kərimli barədə: Elçibəyə xəyanət etmisən

 

Özünə radikal müxalifət deyən insanların xəyanət xronikasına, anatomiyasına baxanda adamı dəhşət bürüyür. 

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. 

O bildirib ki, radikal müxalifətdə heç bir inkişaf yoxdur.

“Mütaliə yox, başqa inkişaf yox. Ay kişi, Azərbaycan kosmik dövlətdir e! Azərbaycan Avropa Oyunlarını olimpiya oyunları səviyyəsində keçirib. Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edir”, - deyə Z.Əsgərov əlavə edib. 

O qeyd edib ki, Azərbaycan  bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilmiş dövlətlərindən birinə çevriləcək. 

Z.Əsgərov 1992-ci ildə Azərbaycan tərəfindən imzalanmış Mülki və siyasi hüquqlar haqda pakta toxunub:

“Əli Kərimli, bunu sizin dırnaqarası sevgi bəslədiyiniz Əbülfəz Elçibəy imzalayıb. Siz Əbülfəz Elçibəyə də xəyanət etmisiniz. Onlar bilirlər ki, metronun 200 metr yaxınlığında aksiya keçirmək olmaz. Deyirlər ki, biz hakimiyyətə qarşı yürüşə keçirik. Ə sən kimsən e, hakimiyyət orqanlarına qarşı yürüşə çıxırsan?!”

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR