Slimfit
  1. BİOQRAFİYA

Ziya Göyalp

Ziya Göyalp
Sakura

Ziya Göyalp - Türkiyənin məşhur ictimai xadimi, şair

Ziya Gökalp (1876-1924) — Türkiyənin məşhur ictimai xadimi, şair.

Ziya Gökalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türkdüşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Gökalp, həmin şəhərdə əsgəri xidmətini (1890-1894) başa vurmuşdur.

Ziya Gökalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Gökalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Gökalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur. Hasib Əfəndi İslâm aləminin fəlsəfəsini yaxşı bilən, ziyalı bir insan olmuş, İbn Sina, İbn Rüşd, İmam Qəzali kimi böyük İslam filosoflarını ona tanıtdırmışdır.

Ziya Gökalp siyasət, fəlsəfə və tarix sahələrində araşdırmalar apararkən, despotizm əleyhinə gizli fəaliyyətlərdə də iştirak etmişdir. Bölgədə təhlükəsizliyin təmini üçün qurulmuş Hamidiyə alaylarının başındakı Milli tayfa rəisi İbrahim Paşanın törətdiyi soyğun və basqın hadisələri qarşısında xalqı müqavimət göstərməyə və hərəkətə yönəltmişdir. 1905-ci ildə əhali 3 gün müddətində poçtu işğal etmişdir. İbrahim Paşa və adamlarının cəzalandırılması üçün saraya teleqraflar göndərilmişdir. Avropa və Asiya ölkələri arasındakı xəbərləşmənin əlaqə nöqtəsi olan Diyarbəkir telgrafxanasının bu əlaqəni kəsməsi hadisənin daha da böyüməsinə gətirib çıxarmış və xarici ölkələr saraya təzyiq etməyə başlamışdı. Mövzunu araşdırmaq üzrə İstanbuldan Diyarbəkirə göndərilən istintaq təşkilatı Hamidiyə alaylarının bir müddət sakitləşməsinivə sui-istifadələrə son verməsini təmin etdi. Ancaq xalqın şikayətlənməsinə gətirib çıxaran yeni hadisələr cərəyan edincə, Ziya Gökalp və yoldaşlarının öndərliyində xalq yenidən telgrafxananı ələ keçirdi. 11 gün davam edən bu ikinci işğal xalqın qəti qələbəsiylə nəticələnmiş, hökumət İbrahim Paşa və alaylarını bölgədən uzaqlaşdırmaq məcburiyyətində qalmışdır (1907). Gökalp ilk əsəri olan "Şaki İbrahim" dastanında bu hadisəni izah edir.

II Məşrutənin elanından sonra, Ziya Gökalpın qurduğu gizli cəmiyyətin yerini Osmanlı İttihad və Tərəqqi Cəmiyyətinin Diyarbəkir Şöbəsi quruldu. Partiyanın Diyarbəkir, Van və Bitlis təşkilatlarının yoxlamasıyla vəzifələndirilən Ziya Gökalp, bu dövrdə Diyarbəkir və Peyman qəzetlərinə yazırdı. 1909-cu ildə partiyanın Selanikdəki konqresinə el nümayəndəsi olaraq qatıldı. Bir il İstanbul Darülfünunda psixologiya oxutduqdan və Diyarbəkir maarif müfəttişi işlədikdən sonra, yenidən Selanikə gedir. Qatıldığı partiya konqresindən sonra ümumi mərkəz üzvlüyünə seçilir. Burada Gənc Qələmlər, Yeni Fəlsəfə, Rumeli kimi jurnal və qəzetlərdəki yazılarıyla Türkçülük və dildə sadələşmə hərəkətlərinin qabaqcılları arasında iştirak edən Göyalp, milli duyğuları, tarix şüurunu, elmə və texnikaya dəyər edən düşüncəni, şeirləriylə ətrafına geniş ölçüdə təsir edirdi. İttihad və Tərəqqi Ümumi Mərkəzi İstanbula daşınınca (1912), Gökalp da İstanbula yerləşdi. O il Ergani mədənindən Millət vəkili seçildi.

Türk Ocağı ətrafındakı işləri, Türk Yurdu və özünün çap etdirdiyi Yeni Məcmuə (1917) kimi jurnallardakı yazıları, Türkçülük axınının qanunlarını təyin edən və müasir sivilizasiya qarşısında yerli bir sintezə çatılmasını şərt qoyan təklifləri (Türkləşmək, İslamlaşmaq, Müasirləşmək 1918), Darülfünunda oxutduğu cəmiyyət elm dərsləri, İttihad və Tərəqqinin idarəçi heyəti üzərindəki təsiriylə Ziya Gökalp, Sülhə (1919) qədər uzanan dövrün düşüncə və siyasət həyatına istiqamət verən faktorların başında iştirak edir. İstanbulun işğalı üzərinə həbs olunaraq iki il Maltada sürgün qalır (1919-1921). Döndükdən sonra, Təlif və Tərcümə Heyəti başçılığına gətiriləcəyi tarixə (1923) qədər Diyarbəkirdə qalır və kiçik Məcmuəni nümayiş edir. 1923-cü ildə Diyarbəkirdən millət vəkili seçilir. Hakimiyyəti Milliyə, Yeni Gün, Respublikaqəzetlərində məqalələri çıxırdı. Qızıl işıq (1923), Türkçülüyün Əsasları (1923), Türk Adəti (1923) kimi kitabları bir-birini izləyirdi.. Respublika Xalq Partiyasının proqramını araşdıran və şərh edən Doğru Yol (1923) adlı araşdırmasını da yenə bu dövrdə qələmə aldı. O sıralar yazdığı Türk Mədəniyyət Tarixi isə ölümündən sonra nümayiş olundu (1926). Yenə ölümündən sonra müxtəlif qəzet və jurnallarda çıxmış yazılarıyla məktubları müxtəlif kitablarda yığıldı. "Çınaraltı " (1939), "Təriqət Nədir?" (1947)," Ziya Gökalp deyir ki" (1950). Ziya Gökalpın nəşr edilməmiş yeddi əsəri və ailə məktubları (1956)var.

Əsas əsərləri

  • Gökalp Ziya. Hayatı, sanatı, eseri. Hazırlayan: Ali Nüzhet Göksel. Dördüncü basılış. İstanbul, 1963
  • Türkçülüğün esasları. Hazırlayanlar: Mahir Ünlü, Yusuf Çotuksöken. İstanbul, 1987
  • Kültür ve medeniyet. Türkleşmek, İslamlaşmak, Muasırlaşmak. Konya, 2010

Ziya Gökalp irsinin tədqiqi

Türkiyənin görkəmli sosioloqu Ziyaəddin Fəxri Fındıkoğlu (1901-1974) Strasburq Universitetində yazdığı doktorluq dissertasiyası Ziya Gökalpın irsinə həsr edilmişdi. Mütəfəkkir 1935-ci ildə tamamladığı doktorluq dissertasiyası əsasında "Ziya Gökalp" (Paris, 1935), "Ziya Gökalp və sosiologiyası" (Paris, 1936) kitablarını çap etdirmişdir.

Türkiyənin tanınmış alimi Hilmi Ziya Ülkən (1901-1974) "Ziya Gökalp" əsərində mütəfəkkirin həyat və fəaliyyətini geniş şəkildə işıqlandırmışdır.

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR