Slimfit
  1. SİYASƏT

Xocalı soyqırımı ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edildi

Xocalı soyqırımı ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edildi
Sakura

Xocalı soyqırımı ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edildi

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib.

Ens.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məktubda vurğulanır ki, Xocalıda törədilmiş cinayətlər təsadüfi deyil, əksinə, etnik və dini nifrət və dözümsüzlük zəminində həyata keçirilən geniş və sistemli siyasətin tərkib hissəsidir.

Qeyd olunur ki, ağır cinayətlərə görə məsuliyyət mütləq və qaçılmazdır: “Ağır cinayətlərə görə məsuliyyət mütləqdir və qaçılmaz olmalıdır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR