Dərc edildi: Baxış sayı: 524
"Zirə" klubu fransalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
"Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqrudca ilə mövsümün sonunadək müqavilə bağlanılıb. 27 yaşlı oyunçu son olaraq, Albaniyanın "Kukesi" klubunda çıxış edib. Tiqrudca bundan başqa Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında oynayıb. O, "Zirə"də 48 nömrəli forma ilə çıxış edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət