Dərc edildi: Baxış sayı: 378
Zidanın menecerindən "Mançester Yunayted" açıqlaması
Alan Milyaçço meneceri olduğu "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın "Mançester Yunayted"i çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib: "Zidanın İngiltərədə işləyəcəyini düşünmürəm. İngils futbolu onun üslubuna daha az uyğundur. Zidanla bununla bağlı müzakirə etmişəm. İngiltərədə çalışmağı düşünmür".
Qeyd edək ki, "MY"nın baş məşqçisi Joze Mourinyonu istefaya göndəərəcəyi və bu vəzifəyə Zidanı təyin edəcəyi iddia olunurdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət