Slimfit
  1. GÜNDƏM

Zibillikdə yaşayan qız

Zibillikdə yaşayan qız
Sakura

Zibillikdə yaşayan qız

“Alüminium yığıram, sonra gedib çörək alıram...”

Gəncədə adamlar Tünzalə Xəlilovanın evini bizə işarə verəndə belə mənzərə ilə qarşılaşacağımızı gözləmirdik. Darvazadan içəri girəndə böyük bir zibilliklə üz-üzə qalırsan...

“Alüminium yığıram, sonra gedib çörək alıram”

Bizə bələdçilik edən Orxan Sarıyev Tünzalənin necə ağır şərtlərlə yaşadığından danışır. Məlum olur ki, körpə yaşlarında valideynlərini avtomobil qəzasında itirib. Sonra onu bir nəfər himayəyə götürüb. Fotoda gördüyünüz həyət də həmin adamındır.

Bura həyət demək də çətindir. Hər yer məişət tullantısıyla doludur. Bura böyük bir zibilliyi xatırladır. Bizi qarşılayan Tünzalə taxta qapını göstərir: “Mənim otağım buradı...”

Üfunətdən içəri girmək mümkün deyil. Orxan bizim üçün aydınlaşdırır. Sən demə, Tünzalə zibillikdə topladığı əşyaları yaşadığı həyətə, otağa gətirir. Burada məişət tullantılarını çeşidləyir. Hansı pula gedə bilərsə, onu aparıb satır. Tünzalə elə- hey təkrar edir ki, “alüminium yığıram, sonra gedib çörək alıram...”

Soyuq otağın kimsəsiz sakini

Yaşını öyrənəndə təəccüblənməmək olmur. Cəmi 22 yaşı var, amma xeyli yaşlı görünür. Orxan deyir ki, qızın psixoloji problemləri var. Baxan, müalicəyə aparan yoxdur.

Otaqda bütün əşyaların bərbad vəziyyətdə olduğu görünür. Çarpayı gözə dəyir, yəqin ki, Tünzalə məhz burada yatır. Hərçənd, zibillikdə yatmaq adamın ağlına sığmır.

Orxan deyir ki, Tünzaləyə görə ürəyi ağrıyır. Demək olar, heç kim kömək etmir. Onun əlinə nə düşsə, gətirib qıza verir.

Nə qədər qəribə olsa da, otaqda elektrik lampası yanır. Amma istilik yoxdur. Hiss olunur ki, bu qış otaqda heç nə yandırılmayıb. Tünzalə fikrini dəqiq ifadə edə bilmir. Belə anlaşılır ki, qazı çoxdan kəsiblər. Əvvəllər haradansa odun parçaları tapıb yandırırmış. Bu qış vəziyyət daha ağırdır.

 

“Zibil toplamaqdan başqa çarə yoxdur”

Tünzalə onu himayəyə götürən adamı “baba” adlandırır. Deyir ki, babası təqaüdçüdür, aldığı pul isə onlara çatmır. Bir az sonra həmin adam gəlib çıxır. Özünü təqdim edir. İsrail Cəfərov bu həyətdəki başqa otaqda qızı və nəvəsi ilə yaşayır:

“Mən onu götürəndə körpə uşaq idi. Çox pis vəziyyətdə yaşayırıq. Pensiya ilə necə dolanmaq olar? Onu şəhər təsərrüfatında təzəcə süpürgəçi işinə düzəltmişəm. Heç nə qədər maaş alacağını da bilmirəm”.

İsrail Cəfərov bu illər ərzində Tünzaləni cəmi bir dəfə həkimə göstərə bildiklərini deyir. Həmişə ağır şəraitdə yaşayıblar, müalicəyə imkan olmayıb. Yaşlı adam danışır ki, zibil toplamaqdan başqa çarə yoxdur.

İsrail Cəfərov yerli xəstəxanalardan şikayət edir. Dediyinə görə, onun da ciddi müalicəyə ehtiyacı var. Xəstəxanada ondan nə qədər pul aldıqlarını xatırlayır:

“30 manat birinə verdim, 40 manat o birisinə...”

Təəssüf ki, Tünzalə çox şey danışa bilmir. Otaqda nə soyuducu var, nə də qab-qaşıq. “Bəs nə yeyirsən?” sualına qızdan düz-əməlli cavab almaq olmur. Yenə bayaqkı ifadələri təkrarlayır.

Deyəsən, gerçəkdən hər şey onun dediyi kimidir: dəmir, alüminium yığıb təhvil verir, buna düşən pula gedib özünə quru çörək alır...

 

Otaqda nə soyuducu var, nə də qab-qaşıq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR