Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Zəy - çox təsirli təbii müalicəvi vasitə

Zəy - çox təsirli təbii müalicəvi vasitə
Sakura

Zəy - çox təsirli təbii müalicəvi vasitə

Dağlarda əldə edilən təbii kristal zəy bir çox faydalı müalicəvi xüsusiyyətlərlə zəngindir.

Zəy iltihabəleyhinə təsir edir, mikrobları öldürür, qanaxmanı saxlayır, qurudur, tərləmə, qaşınma ilə çox yaxşı mübarizə aparır.

 

Zəy tər və piy vəzilərinin aktivliyini azaldır və bu səbəbdən təbii antiperspirant kimi istifadə olunur. Belə təbii antiperspirant hazırlamaq üçün kristal sadəcə emal olunur. Zəydən olan antiperspirant əksər hallarda allergiyaya səbəb olmur, dərini qıcıqlandırmır, tər axarların qapanmasına səbəb olmur.

Zəy müxtəlif dəri xəstəlikləri və zədələmələri zamanı çox yaxşı müalicəvi təsir edir- qaşınmanı və qıcıqlanmanı yox edir, dərini qurudur, üzərində qoruyucu təbəqə əmələ gətirir ki, nəticədə sağalma daha tez gedir. Zəy məhlulları müxtəlif dermatitlər, ekzema, uşaqlarda "bişməcə" və s. dəri problemləri zamanı çox yaxşı təsir edir. Bunun üçün zəy (apteklərdə toz şəklində satılır) suda həll olunur və islatmalar və müalicəvi vannalar şəklində istifadə olunur.

Zəy ayaqlarda göbələk xəstəliyi zamanı da çox yaxşı müalicəvi effekt verir. Hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin.

Belə ayaq vannaları həmçinin pis qoxunu aradan qaldırır, ayaqların tərləməsini azaldır. Ayaqlar həddən artıq tərləyirsə, evdən çıxdıqda corablara zəy tozunu tökün.

Zəy kəsiklər zamanı da yaxşı kömək edir. Kiçik kəsiklərin üzərinə zəy tozunu səpin - qanaxma tez dayanacaq, yara isə daha tez sağalacaq.

Zəy angina, stomatit, damaq iltihabları zamanı iltihab və mikrobəleyhinə vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1 stəkan isti suda 1/2 çay qaşığı zəy tozu həll etmək və bu məhlulla gün ərzində tez-tez qarqara etmək lazımdır.

Zəy məhlulu burun qanaxmaları zamanı tez kömək edir. Bunun üçün burnun üst hissəsinə buz, burnun içinə zəy məhlulunda isladılmış pambıq qoymaq lazımdır.

Babasil zamanı zəy məhlulu ilə oturaq vannaları etmək olar. Bu vasitə qanaxmanı dayandırır, iltihabı azaldır.

Zəy sağalmayan yaraların, varikoz xəstəliyi nəticəsində əmələ gəlmiş xoraların müalicəsində istifadə olunur. Bunun üçün islatmalar və ayaq vannaları istifadə olunur.

Zəy kosmetologiyada da geniş istifadə olunur. Zəy üz dərisində olan iltihabları müalicə edir, dərinin elastikliyini artırır, dərdə olan məsamələri daraldır, daha görünməz edir.

Yağlı məsaməli dərini daha sağlam etmək üçün belə maskadan istifadə edə bilərsiniz: 1 yumurtanın ağı (bir az çalmaq lazımdır), 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı zəy su ilə qarışdırın və üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Problemli, səpgili üz dərisini gün ərzində bir neçə dəfə zəy məhlulu ilə silmək lazımdır. Bu dərini daha sağlam edəcək.

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR