Dərc edildi: Baxış sayı: 563
Zərif Netanyahunu "yalançı çoban" adlandırdı
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İsrail Baş naziri Benyamin Netanyahunun Tehranın gizli nüvə silahı hazırlaması ilə bağlı iddialarını rədd edib.
Axar.az xəbər verir ki, Zərif İsrailin müharibə üçün bəhanə axtardığını deyib.
“Nüvə silahlarının əsl sahibi olan yalançı çoban ağlayır. Tramp və onun B komandası yalnız müharibə istəyir. Məsum insanların qanı və daha 7 trilyon dollar xərcləmək bahasına olsa belə...” - deyə XİN rəhbəri qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət