Dərc edildi: Baxış sayı: 562
Zərdabda şəkər çuğunduru yığılır
Zərdab rayonunda şəkər çuğunduru yığılır və qısa müddətdə 378,3 ton məhsul tədarük olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər fermerlərin təsərrüfatın bu sahəsinə marağı xeyli artıb. Təkcə cari mövsümdə bölgədə 106 hektarda şəkər çuğunduru yetişdirilib ki, bu da ötən ilki göstəricidən 3 dəfə çoxdur. Rayonun bir sıra ərazilərində, xüsusilə Gəlmə, Şıxbağı, Bəyimli, Körpükənd, Otmanobada daha çox məhsul yetişdirilib və yığımın sürətlə və itkisiz başa çatdırılması üçün ciddi səy göstərilir.
Qeyd edək ki, yığılan məhsul İmişlidəki şəkər zavoduna təhvil verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət